Sürücülük vəsiqəsi almaq üçün birbaşa imtahana getməyin BÜTÜN ŞƏRTLƏRİ
Sual: Birbaşa sürücülük vəsiqəsi almaq üçün imtahana getməyin şərtləri haqqında məlumat verərdiniz?
Cavab: Bunun üçün "Avtomotonəqliyyat vasitələrini və onların qoşqularını idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi qaydaları haqqında" TƏLİMATdan cıxarışa baxaq:
2.11.1.Müstəqil hazırlaşmış şəxslər yalnız "A" və ya "B" kateqoriyalarına aid nəqliyyat vasitələrinin idarə edilməsi üçün sürücülük vəsiqəsi almaq məqsədilə imtahanlara buraxıla bilərlər.
2.11.2.Müstəqil hazırlaşmış şəxslər onların imtahanlara buraxılması üçün BDYPİ-yə ərizə ilə müraciət edirlər.
2.11.3.Müstəqil hazırlaşmış şəxs imtahanlara buraxılması üçün aşağıdakı sənədləri təqdim etməlidir:
-onun BDYPİ-də qeydiyyata götürülməsi barədə ərizə;
-müvafiq kateqoriyalı nəqliyyat vasitəsinin idarə edilməsinə yararlılığı barədə tibbi arayış;
-təhsil haqqında sənəd;
-imtahan və sürücülük vəsiqəsinin verilməsi üçün müvafiq ödənclərin (rüsum, haqq və s.) ödənilməsi barədə qəbzlər;
-Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi.
Ərizə qeydiyyata alındıqdan sonra imtahanın qəbul edilməsi vaxtı təyin olunur.
2.11.4.İmtahanlara müstəqil hazırlaşmış sürücülük vəsiqəsi almaq istəyən hər bir şəxs yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları verməlidir. Nəzəri imtahanı verməmiş şəxslər təcrübi imtahana buraxılmır. Nəzəri və təcrübi imtahanların qəbulu Təlimatın 7 və 8 nömrəli əlavələrinə uyğun aparılır.
2.11.5 Müstəqil hazırlaşmış şəxslərdən yalnız bir dəfə nəzəri və ya təcrübi imtahan qəbul edilir.
13 Komment
Ehmedzade Ferane 20 Mart 2022
Yanvar ayindan adim suruculuk mektebine yaxilib.Martin 29u diyibler imtahandir bu duzdur?
Ilahe 05 Aprel 2022
Salam. Email unvanima erize formasini gondere bilersiz? Musteqil suruculuk imtahanina hazirlasiram. Isteyirem erizeni online doldurum.
Seferova 26 May 2022
Salam,online erize formasini gonderdiler size?Mene de gonderin zehmet olmasa
Mubil 25 İyul 2022
Erizeni kime gonderek
Habil 04 Sentyabr 2022
Qəbələ
Hediyye 03 Oktyabr 2022
Salam.İmtahan ödenişlidirmi?
Natəvan 03 Oktyabr 2022
Salam. Erizeni onlayn formada gondermek isteyirem zehmet olmasa formasini menim de mail-e gondererdiniz. Teshekkurler.
Qabil Yusifovov 01 Dekabr 2022
Salam aleykum.zehmet olmasa mene yazardı. Men Şəki rayonunda qeydiyatdayam. Bakıda sürücülük vesiqesi almaq ücün imtahan vere bilerem? Eger bileremse, harda ve ne vax. Zehmet olmazsa cavabı bu email adrese yazardı. [email protected] Çox sag olun. Evvelceden teşekkür edirem
Yusif dadaşzadə 28 Dekabr 2022
Salam Aleyküm sürücülük vesiqesi üçün imtahan verilme müddeti neterdir.men 2022.12.21 tarixinde imtahan vermişem. 2022.12.28 tarixinde yeniden imtahan günüdür.mene deyirler ki mütleq 14 gün keçmelidir.bele bir qayda var ?
[email protected] 29 Dekabr 2022
Salam.yanvar ayındakı imtahanın vaxtını nece öyrenmek olar?ve evvelden erize yazmaq ve ya qeydiyatdan keçmek lazımdırmı?
Elnur 13 Yanvar 2023
Salam men pirava almaq isdiyirem oncun ne senetder lazimdi
Nigar 08 Fevral 2023
Salam.Şekide imtahan vermek uçun Balakenden heftenin butun gunleri getmek olarmı?
Vusal 01 Mart 2023
Mən prava almaq istəyirəm BC və D kateqoriyasi lazımdır mənə
Şərh yazın