Türkiyə şirkətinin xidmətinə görə ödənilən məbləğdən hansı vergilər tutulmalıdır?
Sual. Bizim firma internet üzərindən TV (İPTV) kanallarının yayımını və bunula əlaqədar digər xidmətlərin göstərilməsini təşkil etmək məqsədilə “Türkiyə Televizion Texnolojiləri” şirkətindən siqnalları alıb, öz avadanlıqlarımız vasitəsi ilə yayımlayırıq. Bu xidmətə görə hər ay “Türkiyə Televizion Texnolojiləri” şirkətinə haqq ödəyirik. Biz bilmək istəyirik ki, bu xidmət haqqından ödəmə mənbəyində vergi tutmalıyıq, yoxsa yox.
Kamal Quliyev
Cavab: - Sualınıza cavab olaraq bildirirəm ki, bu xidmət növünə görə ödənilən məbləğlərdən ödəmə mənbəyində 10% vergi tutulmalı və həmin xidmətlərə ƏDV hesablanmalıdır. Faktiki olaraq Türkiyə şirkəti Azərbaycan Respublikasının mənbəyindən gəlir əldə etdiyinə görə (baxmayaraq ki, xidməti Türkiyə Respublikasının ərazisində göstərir) ödəmə mənbəyində vergiyə cəlb olunur. Bundan əlavə, bu xidmət 168.1.5-ci maddədə göstərilən xidmət növlərinə aid olduğundan xidmətin göstərildiyi yer Azərbaycan Respublikası sayılır. Odur ki, qeyri-rezidentin əldə etdiyi gəlirə yerli rezident 18% ƏDV hesablayıb ödəməlidir. Sonradan bu məbləğ əvəzləşdirməlidir. Oxucuların nəzərinə çatdırım ki, bu kimi misallar, nümunələr və açıqlamalar bu ay satışa çıxacaq ƏDV ilə bağlı kitabda geniş formada öz əksini tapıb.
0 Komment
Şərh yazın