İşçilərə hesablanan illik bonusun məbləği mənfəət bəyannaməsində necə əks olunur?

İşçilərə hesablanan illik bonusun məbləği mənfəət bəyannaməsində necə əks olunur?

Sual: Hər vaxtınız xeyir, hörmətli vergi əməkdaşları. İşçilərə ödənilən mükafatların gəlirdən çıxılıb-çıxılmaması haqqında sualın var, sualımı aşağıdakı misal əsasında qeyd edirəm:

Şirkətimiz əsas fəaliyyət istiqaməti üzrə 2011-ci ilin maliyyə yekununa əsasən əməkdaşların 2011-ci il ərzində fəaliyyətini nəzərə alaraq 2012-ci il ərzində əməkdaşlara X AZN məbləğində mükafat (bonus) hesablamış və ödəmişdir. Bu məbləğin 2012-ci il üzrə Mənfəət Vergisi Bəyannaməsinin hazırlanması zamanı gəlirdən çıxılıb-çıxılmaması haqqında şərh etməyiniz xahiş edirəm. Ətraflı cavabınız üçün əvvəlcədən təşəkkür edirəm.

Murad Süleymanov

Cavab: Bildiririk ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən bu Məcəllənin X fəslinə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Gəlirdən çıxılmayan xərclər Vergi Məcəllənin 109-cu, gəlirdən çıxılması məhdudlaşdırılan xərclər isə Vergi Məcəlləsinin 110-119-cu maddələri ilə müəyyən edilmişdir.

Göstərilənlərə əsasən sorğnuzda qeyd olunan xərclər gəlirin əldə edilməsi ilə bağlı olmadığı üçün gəlirdən çıxılmır.

Cavab: Vergilər Nazirliyinin rəsmi veb saytı

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər