Fiziki şəxs icarə haqqı ilə yanaşı digər gəlir ödəyicisi olarsa, bu zaman vergi necə hesablanır?

Fiziki şəxs icarə haqqı ilə yanaşı digər gəlir ödəyicisi olarsa, bu zaman vergi necə hesablanır?

Sual: Salam. Fiziki şəxs (Fərdi sahibkar) öz daşınmaz əmlakını icarə müqaviləsi ilə icarəyə verib. İcarə müqaviləsinə əsasən 14 % vergini icarəyə götürən ödəyir. İcarəyə verən Fərdi sahibkar İllik Gəlir vergisinin bəyannaməsini Vergilər Departamentinə təqdim etməlidir? Cavabınıza görə təşəkkür edirəm.

 

Qurbanova Səbinə   

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 78.3-cü maddəsinə uyğun olaraq Vergi Məcəlləsində nəzərdə tutulan hallarda vergi öhdəliklərinin yerinə yetirilməsi digər şəxsin, yəni Vergi Məcəlləsinin 17-ci maddəsində qeyd olunan vergi agentinin üzərinə qoyula bilər. Vergi Məcəlləsinin 124-cü və 150-ci maddələrinin müddəalarında isə fiziki şəxsdən əmlakı icarəyə götürən vergi ödəyicisinin vergi agenti kimi vergini tutmalı olduğu və tutulmuş vergiləri bəyan etməli olduğu qeyd olunur.
Göründüyü kimi, vergi ödəyicisinin vergi öhdəlikləri digər şəxs tərəfindən yerinə yetirilmiş olur, müvafiq olaraq da yalnız əmlakının icarəyə verilməsindən gəlir əldə edən fiziki şəxs tərəfindən həmin gəlirlərinin təkrarən bəyan edilməsi tələb olunmur. Bununla belə, gəlir vergisinin ödəyicisi kimi vergi orqanlarında qeydiyyatda olan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən eyni zamanda əmlak icarəyə verildikdə, bu zaman vergi tutulan gəlirin məbləği digər gəlirlərlə yanaşı bəyannamədə göstərilməlidir, lakin həmin məbləğ Vergi Məcəlləsinin 100-cü maddəsinə əsasən gəlir vergisinin hesablanmasında nəzərə alınmır.
 
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər