İşçilərin istirahəti məqsədilə yollayış vərəqəsi üçün ödənilən məbləğdən gəlir vergisi hesablanır?

İşçilərin istirahəti məqsədilə yollayış vərəqəsi üçün ödənilən məbləğdən gəlir vergisi hesablanır?

Sual:  Bizim müəssisədə işçilərə istirahət üçün yollayış vərəqəsi verilir. Onun 15%-ini işçi öz hesabına ödəyir, 85%-ini müəssisə öz üzərinə götürür, yenə iddia olunur ki, müəssisə tərəfindən ödənilən məbləğ işçinin gəliri hesab olunaraq əmək haqqından vergi tutulmalıdır. Bu nə dərəcədə doğrudur?

Məmmədova Vəfa

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir.

Vergi Məcəlləsinin 98.2.3-cü maddəsinə uyğun olaraq işçinin xərclərinin əvəzi ödənildiyi halda ödənən vəsaitin məbləği işçinin vergi tutulan gəlirinə daxil edilir.

Vergi Məcəlləsinin 150-ci maddəsinin müddəalarına əsasən isə muzdla işləyən fiziki şəxslərə haqq ödəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar fiziki şəxslərin hesablanmış aylıq gəlirinə gəlir vergisini hesablamağa, Vergi Məcəlləsinin 101.1-ci maddəsində göstərilən dərəcələrlə vergini tutmağa və tutulmuş gəlir vergisini bəyan etməklə növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürməyə borcludurlar.

Göründüyü kimi, muzdla işləyən işçinin işəgötürən tərəfindən ödənilən xərcləri onun muzdlu işlə əlaqədar əldə etdiyi gəlirə aid edilməli və işçinin gəlirinin ümumi məbləğindən Vergi Məcəlləsinin 101.1-ci maddəsində nəzərdə tutulan cədvələ uyğun olaraq ödəmə mənbəyində gəlir vergisi hesablamaqla tutulmalı və bəyan edilməklə növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir.

Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı

1 Komment

  1. Tural 28 Avqust 2018

    Salam.Öyrənmək istəyirəm ki bir müəssisədə işçiyə ehtiyac olub və istirahətə çıxa bilməyib, 10 gün alacaq istirahəti yaranıb. Həmin işçi işdən ayrılır.Bu zaman alacaq istirahətlər necə hesablanmalıdır?

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər