Ezamiyyə zamanı artıq ödənişin gəlir vergisinə cəlb olunması halının izahı

Ezamiyyə zamanı artıq ödənişin gəlir vergisinə cəlb olunması halının izahı

Sual: Salam. Sualım – İşçi ezamiyyə tə göndərilir. Norma daxilində olan xərclərdən artıq xərcləri olmuşdur. İdarə rəhbərliyinin razılığı ilə normadan artıq xərclər müəssisənin mənfəəti hesabına ödənilmişdir. İddia edilir ki, işçinin normadan artıq xərclərinin müəssisə tərəfindən ödənilməsi işçinin gəliri hesab olunur. Buna görə də normadan artıq xərcin gəlir vergisinə cəlb olunaraq işçinin əmək haqqından tutulması tələb olunur. Sualım odur ki, bu nə dərəcədə düzgündür. Buna oxşar digər bir sualım. 
Vəfa
Cavab: Bildiririk ki, xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 nömrəli Qərarı ilə müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 98.3-cü maddəsinə əsasən faktiki ezamiyyə xərclərinin, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin və ya digər işgüzar xərclərin əvəzinin ödənilməsi gəlirə daxil deyildir. Vergi Məcəlləsinin 98.2.3-cü maddəsinə uyğun olaraq işçinin xərclərinin əvəzi ödənildiyi halda ödənən vəsaitin məbləği işçinin vergi tutulan gəlirinə daxil edilir. Vergi Məcəlləsinin 102.1.14.2-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş ezamiyyə xərclərinin (gündəlik yemək xərcləri, kommunal xərclər və nəqliyyat xərcləri) məbləğləri gəlir vergisindən azaddır.
Eyni zamanda, Vergi Məcəlləsinin 109.7-ci maddəsinə əsasən faktiki ezamiyyə xərclərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyənləşdirdiyi normadan artıq olan hissəsi gəlirdən çıxılmır.  Göründüyü kimi, gəlirin əldə edilməsi ilə bağlı olmayan, həmçinin Vergi Məcəlləsinin 109-cu maddəsində nəzərdə tutulan xərclərin, o cümlədən faktiki ezamiyyə xərclərinin Nazirlər Kabinetinin müəyyənləşdirdiyi normadan artıq olan hissəsinin müəssisənin gəlirindən çıxılması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır və gəlirdən çıxılmayan bu cür xərclər müəssisənin xalis mənfəət hesabına aid edilir.
Ezam olunmuş işçi tərəfindən ezamiyyə zamanı ezamiyyə xərclərinin qanunvericilikdə nəzərdə tutulan normalardan artıq olan hissəsinin çəkilməsini təsdiqləyən müvafiq sənədləri təqdim etdikdə həmin xərclərin əvəzinin ödənilməsi işçinin vergi tutulan gəlirinə aid edilmir, ezamiyyə xərclərinin normadan artıq olan hissəsi müvafiq sənədlərlə təsdiqlənmədikdə isə həmin məbləğ işçinin muzdlu işlə əlaqədar alınan aylıq gəlirinə daxil edilir və Vergi Məcəlləsinin 101.1-ci maddəsində qeyd olunan dərəcələrlə işəgötürən tərəfindən gəlir vergisinə cəlb edilir.
 
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı
 

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər