Mənfəət bəyannaməsində ƏDV depozitdə olan pulu qeyd edilməlidir?
Sual: Mənfəət bəyənnaməsində Əlavə 1, 1.5 Pul vəsaitləri sətrində Müəssisənin Şəxsi Hesab Vərəqəsindəki ƏDV depozitdə olan pulu qeyd edilməlidirmi? Çünki ƏDV depozitdən digər vergiləri, məsələn yol, əmlak, mənfəət vergisini ödəmək üçün seçim imkanı var?
Mustafayeva
Cavab: Bildiririk ki, Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli, 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən ƏDV sub-uçot hesabı - ƏDV-nin depozit hesabına mədaxil olmuş ƏDV məbləğlərinin vergi ödəyiciləri üzrə uçotunun aparılması məqsədilə Azərbaycan Respublikasının Vergilər Nazirliyində açılmış uçot vərəqələridir.
Görndüyü kimi, sub-uçot hesabında vergi ödəyicisinin vəsaiti hesab olunur və müvafiq olaraq mənfəət vergisinin bəyannaməsinin sözügedən sətrində qeyd olunmalıdır.
Mənbə: Vergiler Nazirliyinin rəsmi veb saytı
0 Komment
Şərh yazın