Gəlirdən çıxılan əsas vəsaitlərin qalıq dəyəri ƏDV-yə cəlb olunur?

Gəlirdən çıxılan əsas vəsaitlərin qalıq dəyəri ƏDV-yə cəlb olunur?

Sual: Şirkətimiz 2012-ci ildə qalıq dəyəri 100 AZN-dən az olan əsas vəsaitləri Məcəlləyə uyğun gəlirdən çıxmışdır. Həmin gəlirdən çıxılan əsas vəsaitlərin qalıq dəyəri ƏDV tutulan dövriyyəyə aid edilirmi?

Həsən

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır.

Vergi Məcəlləsinin 114.6-cı maddəsinə əsasən isə amortizasiya ayırmaları məqsədləri üçün əsas vəsaitlərin ilin sonuna qalıq dəyəri hesablanarkən, qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərinin 5 faizindən az olan əsas vəsaitlərin dəyəri çıxılır. Eyni zamanda Vergi Məcəlləsinin 114.8-ci maddəsinə əsasən ilin sonuna əsas vəsaitin qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərinin 5 faizindən az olduqda, qalıq dəyərinin məbləği gəlirdən çıxılır.

Göründüyü kimi qalıq dəyəri 500 manatdan aşağı olan əsas vəsaitin dəyəri gəlirdən çıxıldıqda onun qalıq dəyəri sıfıra bərabər olur. Belə əsas vəsaitlərin balansdan silinməsi əməliyyatının ƏDV-yə cəlb olunması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.

Mənbə: Vergilər Nazirliyi

 

0 Komment

    Şərh yazın

    Xəbərlər