Sadələşdirilmiş vergi ödəyicisi aldığı əsas vəsaitə ƏDV ödəyici olduqdan sonra əmlak vergisini necə hesablamalıdır?

Sadələşdirilmiş vergi ödəyicisi aldığı əsas vəsaitə ƏDV ödəyici olduqdan sonra əmlak vergisini necə hesablamalıdır?

Sual: Sadələşdirilmiş vergi ödəyicisi olan şirkətimiz 01.05.2012-ci il tarixdən ƏDV qeydiyyatına alınmışdır. Balansımızda olan əsas vəsaitlərə görə əmlak vergisi necə hesablanacaq? Nəzərə alın ki, əsas vəsaitlər 2011-ci ildə alınmışdır.

Həsən

Cavab:Bildiririk ki, Vergi Məcəlləsinin 202.0.2-ci maddəsinə əsasən müəssisə hesabat ili ərzində yaradıldıqda və ya əmlak vergisi ödəyicisi olduqda, onun əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) yaradıldığı və ya əmlak vergisi ödəyicisi olduğu tarixə və ilin sonuna qalıq dəyəri toplanaraq 24-ə bölünür və müəssisənin yaradıldığı və ya əmlak vergisi ödəyicisi olduğu aydan sonra, ilin sonuna qədər olan ayların sayına vurulur.

Vergi Məcəlləsinin qeyd edilən maddəsinə uyğun olaraq sorğunuzda göstərilən halda müəssisə 01.05.2012-ci il tarixidən ƏDV ödəyicisi kimi qeydiyyata alınması ilə əlaqədar olaraq onun tərəfindən 2012-ci il üçün ödənilməli olan əmlak vergisinin məbləği müəyyən edilərkən (yəni müəssisənin əmlakının orta illik qalıq dəyərini müəyyənləşdirərkən) əmlakın 01.05.2012-ci il tarixə və ilin sonuna qalıq dəyərləri toplanaraq 24-ə bölünməli və alınmış nəticə 8-ə (may ayından ilin sonuna qədər olan ayların sayı) vurulmaqla alınan orta illik dəyərdən 1 faiz dərəcə ilə əmlak vergisi hesablanılmalıdır.Əlavə olaraq onu da bildiririk ki, əmlak vergisi ödəyiciləri cari vergi ödəmələri kimi hər rübün ikinci ayının 15-dən gec olmayaraq əvvəlki ildəki əmlak vergisinin məbləğinin 20 faizi həcmində vergi ödəyir. Əvvəlki hesabat ilində əmlak vergisi ödəyicisi olmayan və növbəti ildə bu verginin ödəyicisi olan, habelə yeni yaradılmış və əmlak vergisi ödəyicisi olan hüquqi şəxslər əmlakın əldə edildiyi rübdən sonra hər rübün ikinci ayının 15-dən gec olmayaraq, həmin əmlaka görə hesablanmalı olan illik əmlak vergisi məbləğinin 20 faizi miqdarında cari vergi ödəmələrini həyata keçirirlər (Vergi Məcəlləsi, maddə 201.3).

Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı

0 Komment

    Şərh yazın

    Xəbərlər