İcbari sığorta müqaviləsinin bağlanılmamasına görə nə qədər cərimə və bal nəzərdə tutulub?
Sual: Sürücünü icbari sığorta müqaviləsinin bağlanılmamasına görə nə qədər cərimə və bal gözləyir?
Cavab: Bu Məsələ İnzibati Xətalar Məcəlləsinin 253-1-ci maddəsi ilə tənzimlənir.
Maddə 253-1. İcbari sığorta müqaviləsinin bağlanmaması
İcbari sığorta qanunvericiliyinə əsasən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə
Fiziki şəxslər on manat
Vəzifəli şəxslər altmış manatdan səksən manatadək
Hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək
Qeyd edək ki, bu xəta ilə bağlı cərimə balı nəzərdə tutulmayıb.
0 Komment
Şərh yazın