Növbəli rejimdə işləyənlərə bayram günü üçün ikiqat əlavə düşür?
"Doğru cavab" rubrikasından
Sual: - Mənim bir sualım var. Mümkünsə, misalla cavab verin. Sualım belədir: Mən 9 saatdan çox olmayan günaşırı rejimdə 2 gün işləyirəm, 2 gün istirahət edirəm. Qrafikə əsasən, 2012-ci ilin noyabr ayında 16 gün işə çıxmalıyam. İstehsalat təqviminə görə, noyabr ayında 21 iş günü 167 saat təşkil edir. Mənim növbəmdə 1 gün 9 noyabr bayram gününə düşüb. Bilmək istərdim ki, mən tam maaşımı və bir gün üçün günlük tarif maaşının ikiqat məbləğni əlavə almalıyam?
Cavab: - Bəli, siz 9 noyabr üçün əməkhaqqının 2 misli miqdarında əlavə almalısınız.
0 Komment
Şərh yazın