Mehmanxana xərci normadan az ödənilə bilərmi?

Mehmanxana xərci normadan az ödənilə bilərmi?

Ezamiyyə normaları ilə bağlı aktual məsələyə MİSALLA izah

Sual:  - Salam. Bakıda ezamiyyətdə olarkən uçuz oteldə qalmışam. Norma 52 manat olsa da, mən 30 manatlıq otelin xidmətindən istifadə etmişəm . Ezamiyyə hesabatında mehmanxana xərci kmi 41 manat (30+ (52-30)*50%) göstərsəm də, mühasibatlıq cəmi 30 manat qalmaq xərci ödəyib. Onlar deyirlər ki, norma sənədlə 52 manatdır, əgər uçuz oteldə qalmısansa, bu bizi maraqlandırmır.

Cavab: - «İşçilərin Ezamiyyə Qaydaları»nın təsdiq edilməsi haqqında Q-01 saylı qərarından  Çıxarışa nəzər yetirək.
Mehmanxana xərcləri - işçiyə ezamiyyətdə olduğu müddətdə hər təqvim günü üçün (yolda olduğu müddət nəzərə alınmadan) ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsi daxilində müvafiq təsdiqedici sənədlər əsasında, təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda isə ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi miqdarında ödənilir.
Deməli ezamiyyət müddətində mehmanxana xərcləri təsdiqedici sənəd əsasında, amma norma daxilində verilməlidir. Ola bilsin ki, ezamiyyətdə olan işçi normadan artıq mehmanxana xərcinə sənəd təqdim edib, amma təşkilat həmin xərcin ancaq norma daxilində olan məbləğini ödəyə bilər, misalda qeyd etdiyiniz kimi 52 manatı.Və yaxud, normadan az məbləğə sənəd təqdim olunsa, onda ancaq sənəddə təqdim olunmuş məbləği ödəmələdir. Əgər siz qeyd etdiyiniz kimi olsaydı, onda məntiqlə sənəd tələb edilməzdi. Mühasibatlıq düzgün olaraq sizə 30 manat ödəyib.

 

0 Komment

    Şərh yazın

    Xəbərlər