Nəzarət Kassa Aparatı almaq üçün hansı prosedurlara əməl etmək lazımdır?
Sual: İnternet klub açmaq üçün hansı sənədlər lazımdır? NKA lazımdır ya yox?
Taleh Məlikov
Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət götürülməsi olan fəaliyyət sahibkarlıq fəaliyyəti sayılır.
Vergi Məcəlləsinin 33 və 34-cü maddələrinin müddəalarına uyğun olaraq sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər yaşadıqları yer üzrə vergi orqanlarında Vergilər Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş “Fiziki şəxsin sahibkarlıq uçotu haqqında Ərizə” formasını verməklə (ərizəyə şəxsiyyətini təsdiq edən sənədin surəti əlavə olunur) vergi ödəyicisi kimi uçota alınırlar.
Eyni zamanda, fiziki şəxsin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi təsərrüfat subyekti (obyekt) yerləşdiyi ərazi üzrə vergi orqanında uçota alınır (obyekt kodlaşdırılır). Uçota alınmaq üçün təqdim edilən ərizəyə (“Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında Ərizə“) fəaliyyətin yerinə yetiriləcəyi ünvanı təsdiq edən sənədin (mülkiyyət hüququnu təsdiq edən sənədin, icarə müqaviləsinin, etibarnamənin və ya qanunvericiliklə nəzərdə tutulmuş digər sənədin) surətləri əlavə edilir.
Vergi Məcəlləsinin 50.7-ci maddəsinə əsasən Vergi Məcəlləsinin 16.1.8-ci maddəsində göstərilən fəaliyyət növləri istisna edilməklə Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyicilərinin belə hesablaşmaları nəzarət-kassa aparatları vasitəsilə həyata keçirmələri müəyyənləşdirilmişdir.
Odur ki, sorğunuzda qeyd olunan fəaliyyət növü Vergi Məcəlləsinin 16.1.8-ci maddəsində göstərilən fəaliyyət növlərinə aid olunmadığından həyata keçirilən həmin fəaliyyət növü zamanı aparılan nağd pul hesablaşmaları nəzarət-kassa aparatı vasitəsilə həyata keçirilməlidir.
Onu da qeyd edək ki, nəzarət-kassa aparatının qeydiyyata alınması üçün vergi ödəyicisi tərəfindən ərazi üzrə vergi orqanına müvafiq ərizə (“Nəzarət-kassa aparatının qeydiyyata alınması (qeydiyyatdan çıxarılması) haqqında Ərizə”) verilməli və bu ərizəyə aşağıda qeyd olunan sənədlər əlavə olunmalıdır:
- Nəzarət-kassa aparatının texniki pasportu;
- Servis texniki xidmət mərkəzinin nəzarət-kassa aparatının quraşdırılması barədə aktı;
- Ərizənin təqdim olunma tarixinə nəzarət-kassa aparatının fiksal yaddaşının göstəricisini əks etdirən çek;
- Mövcud qanunvericilikdə pos-terminalların quraşdırılması məqsədəmüvafiq hesab edilən pərakəndə ticarət, iaşə və digər xidmət müəssisələrində onların quraşdırılması barədə sənəd;
- Elektron məsafədən ötürmə qurğuları və ya elektron nəzarət lenti quraşdırılmalı nəzarət-kassa aparatları üzrə servis taxniki xidmət mərkəzinin elektron məsafədən ötürmə qurğusunun və ya elektron nəzarət lentinin quraşdırılması barədə aktı. Həmin akta istifadədə olan nəzarət-kassa aparatının fiskal yaddaşı dəyişdirildikdən və yeni fiskal yaddaşın hesabatı alındıqdan sonra nümunə kimi 10 qəpiyə qədər məbləğdə nəzarət-kassa aparatına mədaxil edilmiş dövriyyə barədə “Z” hesabatının surəti əlavə olunmalıdır;
- Nəzarət-kassa aparatının texniki kitabı və nəzarət-kassa aparatının işləmədiyi dövrdə aparılmış əməliyyatların uçotu kitabı.
Mənbə: Vergilər Nazirliyi
11 Komment
Amid 06 Fevral 2020
salam kassa aparatini sahibkar ozu almalidirmi? ve yaxud vergiler nazirriyi terefinden pulsuz qoyulur?
[email protected] 14 Avqust 2020
Sahibkarin imkani çox mehduddu kassa aparati almaqa imkanimiz yoxdu veon var. Kime muraciet edek ?
Emin 22 Avqust 2020
Salam, kiçik 5.5 kv. m. sahəsi olan bir yer icarəyə götürmüşəm gündəlik təlabat olan müxtəlif xırda məhsulların satışı ilə məşğul olacam. Sual: 5.5 kv. m. sahəsi olan kiçik yerə nəzarət kassa aparatı qeydiyyata alınmalıdır?
konul 13 Dekabr 2020
salam 6-kvadratliq heyetimde maqazin aciram ve zehmet olmasa deyerdiz kassa aparati dusurmu 6-ti kvadrat yere birde hansi senedleri almaliyam
Elcin 03 Fevral 2021
Salam ailevi ddoner evi aciram 40 kv m kassa aparatini nece almaliyam shertlerini zehmet olmasa deyerdi iz
melahet 04 Aprel 2021
salam 8 kv yerde donerxana acmaq isdeyirem ne etmeliyem
Kamil 04 Aprel 2021
Salam ehtiyyat hisseleri magazası üçün kassa aparatı elde etmek isteyirem 30kv m obyekte hansı kassa aparatı lazımdı qiymeti neçiyedi hardan almaq olar.
Valeh 12 May 2021
Salam. 18 kv.m sahəsi olan ticarət obyektinə hansı növ yeni nəsil kassa aparatı quraşdırılmalıdı.
məlik 04 Aprel 2022
13kv yerim var 10kvadrat sahədə sürət cixartma və onun üc kvadratinda tibbi xalat satişim var.Bu gördüyüm işə fəaliyyət kodu tapa bilmirəm və əlavə olaraq bilmək istəyirəm yeni nəsil kassa aparati quraşdirilmalidir yoxsa qəbzlə işləməliyəm.
Hüseyn 27 May 2022
Men online satışla məşğulam VÖENim var kassa aparatinin hansinnan almalıyam?
Əli Şirinzadə 21 Dekabr 2022
Zoo market acmaq istiyirem amma bilmek istiyirəm ki rusumu ne qederdi
Şərh yazın