VÖEN itirməyin xərci var?
Dublikat almaq üçün hansı prosedurları keçmək lazımdır?
Sual: Hüquqi şəxsin VÖEN itdikdə o nə etməlidir? VÖEN-nin dublikatını necə almaq olar?
Elgün Əlixanli
Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəhadətnamə vergi ödəyicisinin uçotda olmasını təsdiq edən əsas sənəd olmaqla, vergi ödəyicisinə bir dəfə verilir və onda saxlanılır. Şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında şəhadətnamənin yeni nüsxəsi verilir. Bu zaman verilən nüsxənin üzərində şəhadətnamənin yeni nüsxə olması barədə müvafiq qeyd aparılır.
Eyni zamanda, “Vergi orqanlarında kommersiya qurumlarının dövlət qeydiyyatının aparılmasına dair Metodiki Göstəriş”in 1.8-ci bəndinə əsasən qeydiyyat şəhadətnaməsi itirildikdə kommersiya qurumunun müraciət ərizəsinə mətbuat orqanında dərc edilmiş müvafiq elan əlavə edilir. Qeydiyyat şəhadətnaməsi yararsız hala düşdükdə, həmin şəhadətnamə kommersiya qurumunun müraciətinə əlavə edilməklə təhvil verilir. Qeydiyyat şəhadətnaməsinin dublikatı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq rüsum tutulmaqla verilir.
Azərbaycan Respublikasının Dövlət rüsumu haqqında Qanunununun 20.5-ci maddəsinə əsasən hüquqi şəxslərə qeydiyyat şəhadətnaməsinin dublikatının verilməsi üçün 2 manat dövlət rüsumu tutulur.
Göründüyü kimi, qeydiyyat şəhadətnaməsini itirmiş hüquqi şəxs tərəfindən qeydiyyatda olduğu vergi orqanına rəsmi qaydada Ərizə ilə müraciət edilməli, həmin ərizəyə isə müvafiq dövlət rüsumun ödənilməsi və qəzetdə dərc edilmiş elan barədə müvafiq məlumatlar əlavə edilməlidir.
Mənbə: Vergilər Nazirliyi
1 Komment
Səbuhi 18 Noyabr 2021
Salam mən VÖEN mi itirmişəm dublikart çixartdirmaq isdəyirəm
Şərh yazın