«Nəzarət kitabçası»nı əldə etməyin ASAN yolu

«Nəzarət kitabçası»nı əldə etməyin ASAN yolu

Sual: Salam. Belə bir sualla müraciət etmək istərdim. «Nəzarət kitabçası»nı əldə etmək üçün elektron müraciət göndərmək olar? 14 saylı Ərazi vergilər İdarəsində qeydiyyatdan keçmişik.
Sabir Hacıyev

Cavab: Bildiririk ki, Nazirlər Kabinetinin 13 dekabr 2002-ci il tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət kitabçası” haqqında Əsasnamə”nin 1.5-ci bəndində İqtisadi İnkişaf Nazirliyi tərəfindən sahibkarlıq subyektlərini, onların filial və nümayəndəliklərini, rəsmi müraciətlər əsasında və aidiyyəti dövlət orqanları vasitəsilə əvəzsiz olaraq «Nəzarət kitabçası» ilə təmin edilməsi qeyd edilmişdir.
İqtisadi İnkişaf Nazirliyi ilə Vergilər Nazirliyi arasında bağlanılmış razılaşdırma protokoluna əsasən vergi orqanlarında vergi uçotuna alınan vergi ödəyicilərinə həmin «Nəzarət kitabçası» əvəzsiz olaraq təqdim edilir.

Eyni zamanda, vergi ödəyicisi yeni “Nəzarət kitabçası”nın alınması üçün uçotda olduğu vergi orqanına Vergilər Nazirliyinin rəsmi internet səhifəsinin “E-xidmətlər” bölməsində “Vergilər Nazirliyinə göndərilmiş müraciətlərin, sorğuların və məktubların icrasının müraciət edənlər tərəfindən onlayn izlənməsi” seçərək “İnternet Vergi İdarəsi” alt bölməsində (www.e-taxes.gov.az) “Onlayn kargüzarlıq” “İstifadəçi təlimatları”ndan yararlanaraq elektron formada və ya kağız formada müraciət edə bilər.
Bununla belə xatırladırıq ki, vergi ödəyicisi Vergilər Nazirliyinin rəsmi internet səhifəsinin “E-xidmətlər” keçidini seçərək “İnternet Vergi İdarəsi”nin “Onlayn kargüzarlıq” bölməsindəki “İstifadəçi təlimatları”ndan yararlanmaqla təsərrüfat subyektinin elektron formada qeydiyyata alınması üçün müraciət edə bilər.
Müvafiq qaydada müraciət edildikdən sonra «Nəzarət kitabçası»nı şəxsən və ya səlahiyyətli nümayəndəniz vasitəsilə vergi orqanından götürülə bilər.
Nəzarət kitabçası itirildikdə və yaxud istifadəyə yararsız hala salındıqda isə vergi ödəyicilərinin təkrar müraciətləri əsasında onlara üzərində “Dublikat” sözü yazılmış yeni “Nəzarət kitabçası” verilir.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı
 

0 Komment

    Şərh yazın

    Xəbərlər