Fiziki şəxs VÖEN bağlamaq istəsə, hansı prosedur qaydalardan keçməlidir?

Fiziki şəxs VÖEN bağlamaq istəsə, hansı prosedur qaydalardan keçməlidir?

Təqdim olunacaq sənədlərin siyahısı

Sual: VÖEN-i bağlamaq istəyirəm.
Səlimov Şamil
Cavab: Bildiririk ki, vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatda olan fiziki şəxs sahibkarlıq fəaliyyətini müəyyən müddətə müvəqqəti dayandıra və ya birdəfəlik ləğv edə bilər.
Birinci halda həmin şəxs sahibkarlıq fəaliyyətini dayandırdığı tarixədək üzərinə düşən vergi öhdəlikləri yerinə yetirmək şərti ilə Vergi Məcəlləsinin 16.3-cü maddəsinə uyğun olaraq  vergi uçotunda olduğu vergi orqanına fəaliyyətin dayandırılması günündən gec olmayaraq təqdim etməlidir.  

İkinci halda isə sahibkarlıq fəaliyyətinə xitam vermək istəyən fiziki şəxs Vergilər Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Metodiki Göstəriş”in 12.7-ci bəndinə əsasən internet səhifəmizdə yerləşdirilmiş  “ Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” ilə qeydiyyatda olduğu vergi orqanına müraciət etməli, habelə qeyd olunan Metodiki Göstərişin 12.10-cu bəndinə əsasən vergi uçotu və müvafiq VÖEN ləğv edilənədək vergi orqanına aşağıdakı sənədlər təqdim etməlidir:
- vergi ödəyicisinin uçota alınması barədə şəhadətnamənin əsli,
- vergi ödəyicisi əlavə dəyər vergisi ödəyicisi olduğu halda, ƏDV-nin məqsədləri üçün qeydiyyat bildirişinin əsli,
- ləğv edilən və ya uçotdan çıxarılan vergi ödəyicisinin bank hesablarının bağlanması barədə həmin hesabların açıldığı bank idarələrinin arayışları.
Sözügedən Metodiki Göstərişin 12.12-ci bəndinə uyğun olaraq vergi uçotu və müvafiq VÖEN ləğv edilərkən vergi ödəyicisinin obyektlərinin olduqları yer üzrə uçotu ləğv edir və onun nəzarət-kassa aparatının qeydiyyatdan çıxarılması təmin edilir.
Bundan başqa, Vergi Məcəlləsinin 149.3-cü və 221.3-cü maddələrinin müddəalarına uyğun olaraq tətbiq etdiyi vergitutma sistemindən asılı olmayaq fiziki şəxs fəaliyyətinə xitam verdikdə 30 gün müddətində vergi orqanlarına ləğvetmə bəyannaməsini verməlidir.
Vergi Məcəlləsinin 38.3-cü maddəsinə əsasən isə fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda növbədənkənar səyyar vergi yoxlaması aparıla bilər

Mənbə: Vergilər Nazirliyi yazarsınız

7 Komment

  1. Behram 22 Aprel 2020

    Salam menim adimda von var men onu nece bagladim

  2. Qədir 03 May 2020

    Mənim adima von var,ləğv etdirmək istəyirəm

  3. Eynullayev isağ eldar oğlu 20 İyul 2022

    Xaiş edirəm mənim adıma olan vöni bağlayın

  4. Oqtay 25 Oktyabr 2022

    Salam Qaytərənov Oqtay İslam oğlu adına olan vöeni zəhmət olmasa bağlayarsız.

  5. Günel 31 Oktyabr 2022

    Salam mən Babayeva Günel Telman qızı adıma açılmış vöeni təcili bağlatdırmaq isdiyirəm xahiş edirəm köməklik göstərəsiz

  6. Zabid 16 Dekabr 2022

    Salam vöen var adima knu nece baglaya bilerem onlain?

  7. Aslan 23 Fevral 2023

    adima voon varbaglamaq isteyirem

Şərh yazın

Xəbərlər