Şirkət adını dəyişərsə, hansı sənədləşmələr etməlidir?

Şirkət adını dəyişərsə, hansı sənədləşmələr etməlidir?

Gec məlumat verməyə görə nə qədər cərimə var?

Sual: Salam. Şirkət adını dəyişdirməsi ilə  əlaqədar hansı sənədlər tələb olunur və harada sənədləşmələr aparılacaqdır. Zəhmət olmasa sənədləri ayrı-ayrı və getməli olduğumuz yerin ünvanını qeyd edin. Əvvəlcədən təşəkkürlər.
Ramin Məmmədəliyev
Cavab: Bildiririk ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun müddəalarına uyğun olaraq hüquqi şəxsin adı, onun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri, təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı, məhdud məsuliyyətli cəmiyyətdə və səhmdar cəmiyyətində nizamnamə kapitalının miqdarı, hər bir təsisçinin mayasının miqdarı, müşahidə şurası yaradıldığı halda, onun hər bir üzvünün adı, soyadı, atasının adı, yaşayış yeri barədə məlumatlar həmin hüquqi şəxsin dövlət reyestrinə daxil edilən məlumatlarını təşkil edir və bu məlumatlardakı hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır.

Eyni zamanda xatırladırıq ki, Vergi Məcəlləsinin 34.3-cü və 58.2-ci maddələrinin müddəalarına əsasən vergi ödəyicisi vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda (vergi ödəyicisinin vergi uçotuna alınma haqqında ərizədə qeyd olunan rekvizitlərdə) hər hansı dəyişiklik baş verdikdə, dəyişiklik baş verən gündən 40 gün müddətində vergi orqanına məlumat verməlidir, əks halda ona 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Göründüyü kimi, hüquqi şəxsin qeydiyyata alınmış məlumatlarında edilən dəyişikliklərlə əlaqədar bu dəyişikliyi təsdiq edən müvafiq sənədləri (hüquqi şəxsin adının dəyişdirilməsi barədə təsisçinin qərarı, nizamnaməyə dəyişiklik, qeydiyyat şəhadətnaməsinin əsli) əlavə etməklə uçotda olduğunuz vergi orqanına (Bakı şəhərində uçotda olan vergi ödəyiciləri tərəfindən Bakı şəhəri Vergilər Departamentinin H. Əliyev prospekti, 105 ünvanda yerləşən “Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi”nə) Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş “Kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında ərizə” forması ilə onun müvafiq xanaları doldurulmaqla müraciət edilməlidir.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı

 

0 Komment

    Şərh yazın

    Xəbərlər