Kimlərin Pos- terminallar quraşdırmağı məcburidir?
BOKT mühasiblərini də maraqlandıran sualın cavabı
Sual: Qeyri-bank kredit təşkilatlarının filial və ya şöbələrində pos-terminalların quraşdırılması vacibdirmi? Yəni hər hansı bir kredit təşkilatında müştəri kredit borcunu plastik kart vasitəsilə ödəmək istəsə bunu həmin pos-terminal vasitəsilə qəbul etmək üçün.
İlqar Hüseynov İsrafil,
Cavab: Bildiririk ki, Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli qərarına uyğun olaraq POS terminallar quraşdırılacaq obyektlər aşağıdakı kimi müəyyənləşdirilmişdir:
Dövriyyəsindən və ərazisindən asılı olmayaraq Əlavə Dəyər Vergisi (ƏDV) ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri) (vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alındığı tarixdən), avtomobil və mebel satışı üzrə ixtisaslaşmış müəssisələr, idman və sağlamlıq kompleksləri, səhiyyə obyektləri, istirahət və əyləncə obyektləri, mehmanxanalar, şadlıq evləri, yanacaqdoldurma məntəqələri, hava, su, dəmiryol və avtomobil nəqliyyatı vasitələri ilə sərnişindaşımada biletlərin satışını həyata keçirən satış məntəqələri və turizm şirkətləri (təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alındığı tarixdən) və ərazilər üzrə POS-terminalların mərhələlərlə tətbiq edilməsi cədvəlinə uyğun olaraq rüb üzrə orta aylıq dövriyyəsi 2000 (iki min) manatdan artıq olan vergi ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri), hüquqi şəxslərə və fərdi sahibkarlara məxsus minik avtomobili ilə (taksi) sərnişin daşınmasını həyata keçirən nəqliyyat vasitələri, vergilərin və göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənişini qəbul edən dövlət orqanları.
Göründüyü kimi, yuxarıda qeyd olunan meyarlar üzrə fəaliyyət göstərən vergi ödəyicilərinin təsərrüfat subyektlərində (obyektlərində) Pos-terminalların quraşdırılması bir mənalı olaraq məcburi xarakter daşıyır. Bununla belə, qeyd olunan meyarlara cavab verməyən müəssisələrin POS-terminalların quraşdırılmasına qanunvericiliklə məhdudiyyət qoyulmamışdır.
Mənbə: Vergilər Nazirliyi
0 Komment
Şərh yazın