Nəzarət-kassa aparatı çeki cırılaraq istehlakçıya təqdim olunursa nə etməli?
Sual: Salam. Nəzarət-kassa aparatı çekinin satıcı tərəfindən cırılaraq istehlakçıya verilməsi qanuna uyğundurmu? Nəzarət-kassa aparatı çeki cırılaraq istehlakçıya təqdim olunursa bu hal istehlakçının hüququnu pozurmu? Əgər pozursa qanunvericiliyə uyğun olaraq hansı tədbirlər tərəfinizdən görülə bilər? Xahiş edirəm cavabı e-mail ünvanıma göndərəsiniz. Verəcəyiniz cavaba görə öncədən təşəkkür edirəm.
Rauf İsayev Məhəmməd
Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 50.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri (16.1.8-ci maddədəki fəaliyyət növləri istisna olmaqla) Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları (NKA) vasitəsilə belə hesablaşmaları həyata keçirirlər.
Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində NKA-nın tətbiq olunması haqqında” 28 dekabr 1995-ci il tarixli 266 nömrəli Qərarının 9-cu maddəsinin müddəalarına əsasən nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək NKA istehlakçısının vəzifələrinə aid edilmişdir ki, əhali ilə pul hesablaşmasını apararkən NKA-dan istifadə etmədikdə və ya alıcıya müvafiq çek təqdim edilmədikdə NKA-nın Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən cavabdehlik daşıyır.
Göründüyü kimi, nağd ödəniş aparılarkən NKA tətbiq edilməli və ödənişi edən şəxsə ödənişin aparılmasını təsdiq edən NKA-nın müvafiq çeki təqdim olunmalıdır. Qeyd olunan qaydada nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə isə vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.7-ci maddəsində göstərilən qaydada maliyyə sanksiyası tətbiq olunur.
Bununla belə bildiririk ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına əsasən satıcı istehlakçıya mal satarkən ona qəbz, kassa çeki və ya digər yazılı sənəd verməli, istehlakçının tələbinə isə qəbz və ya kassa çeki, zəmanət müddəti olan mallar üzrə texniki pasport və ya onu əvəz edən digər sənəd təqdim edildikdə baxılır.
Odur ki, istehlakçı tərəfindən aldığı mala görə satıcıdan malın alınmasını təsdiq edən sənədlər, o cümlədən kassa çeki və ya qəbz tələb etməlidir ki, müəyyən hallarla üzləşdikdə öz hüquqlarını tələb edə bilsin.
0 Komment
Şərh yazın