İnternet mağaza açmaq istəyənlər üçün VERGİ ORQANINDAN XƏBƏRDARLIQ..

İnternet mağaza açmaq istəyənlər üçün VERGİ ORQANINDAN XƏBƏRDARLIQ..

Salam. Salam! Mən internet maqazin açmaq istəyirəm. İnternet səhifəsində yerləşdirilən malları müvafiq təşkilatlardan götürüb sifarişçilərə çatdırmaq rolunda çıxış edəcəyəm. Bu zaman mən ciddi hesabat blanklarından yoxsa kassa-aparatından istifadə etməliyəm. Əvvəlcədən təşəkkür edirəm!

Əliyev Rüstəm Orxan oğlu,

Bildiririk ki, Vergi Məcəlləsinin 50.7-ci maddəsinə əsasən Vergi Məcəlləsinin 16.1.8-ci maddəsində göstərilən fəaliyyət növləri istisna edilməklə Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyicilərinin belə hesablaşmaları nəzarət-kassa aparatları vasitəsilə həyata keçirmələri müəyyənləşdirilmişdir.
Vergi Məcəlləsinin 16.1.8-ci maddəsində göstərilən fəaliyyət növləri sırasında sorğunuzda qeyd etdiyiniz fəaliyyət növünün olmadığını nəzərə alaraq bildiririk ki, tərəfinizdən NKA tətbiq edilməlidir.

Mənbə: Vergilər Nazirliyinin saytı
 

0 Komment

    Şərh yazın

    Xəbərlər