Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergilər üzrə bəyannamənin verilməsi
Kimlər rüblük, kimlərsə illik verməlidir?
Ödəmə mənbəyində, o cümlədən muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergilər üzrə ƏDV və sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergilər üzrə hesabat dövrü vergi ili, bütün digər hallarda isə ödəmə mənbəyində tutulan vergilər üzrə hesabat dövrü rübdür.
Hüquqi şəxslər və fərdi sahibkarlar muzdla işləyən fiziki şəxslərə, habelə qeyri-dövlət pensiyaları və digər ödəmələri (rezident müəssisələrə və ya qeyri-rezidentin daimi nümayəndəliklərinə Azərbaycan Respublikaksında ödənilən icarə haqqı və royalti istisna olmaqla) verərkən onlardan ödəmə mənbəyində vergi tutmağa borcludur. Muzdla işləyən fiziki şəxslərə ödəmələr verən vergi ödəyiciləri, habelə sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, sığorta haqları ödəyən sığortaçılar fiziki şəxslərin hesablanmış aylıq gəlirinə gəlir vergisi hesablamalı və hesablanmış vergini növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.
Qeyri-dövlət pensiyaları və digər ödəmələr (rezident müəssisələrə və ya qeyri-rezidentin daimi nümayəndəliklərinə Azərbaycan Respublikasında ödənilən icarə haqqı və royalti istisna olmaqla) verilərkən bu gəlirdən vergi tutulmalı və tutulmuş vergi gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dəngec olmayaraq dövlət büdcəsinə köçürülməlidir.
Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergilər barədə bəyannaməni ƏDV və sadələşdirilmiş verginin ödəyiciləri hesabat ilindən sonrakı ilin yanvar ayının 31-dən gec olmayaraq, digərləri isə gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim etməlidirlər.”
Mənbə: Vergilər Nazirliyi
0 Komment
Şərh yazın