Muzdlu bəyannamənin 3 saylı əlavəsinin doldurulma qaydası
Vergilər Nazirliyindən misalla izah
Sual: Sualım Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin Əlavə 3 ilə bağlıdır. A müəssisəsində satıcı vəzifəsi üzrə 4 nəfər işçi çalışmışdır 2012-ci il ərzində, onlardan 2 nəfəri 2012-ci ilin 12 ayını tam işləmiş və hesablanmış əmək haqları 1 aya 1 nəfərə 100 manat olmaqla, 1 işçiyə illik əmək haqqı fondu 1200, iki işçiyə olduqda isə 2400 manat olmuşdur. Yəni 2 işçinin illik hesablanmış əmək haqqı fondu 2400 manat olmuşdur. 3-cü işçi 7-ci ayda (iyul ayında) işə qəbul olunmuş və onun da əmək haqqısı 100 manat təyin olunmuşdur. Gördüyünüz kimi 3-cü işçi 6 ay işləmişdir və 2012-ci il üzrə onun illik hesablanmış əmək haqqı fondu 600 manat təşkil etmişdir. 4-cü işçi isə 10-cu ayda (oktyabr) ayında işə qəbul olunmuş və onun bir ay üçün əmək haqqısı 100 manat təyin edilmişdir. Gördüyünüz kimi 4-cü işçi 3 ay işləmişdir və 2012-ci il üzrə onun illik hesablanmış əmək haqqı fondu 300 manat təşkil etmişdir. Sizdən sualım ondan ibarətdir ki, Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin Əlavə 3-ün 2-ci bölməsinin doldurulmasının tam izahlı şəkildə izahın verəsiniz. Yəni burada "İşçilərin orta aylıq sayı, nəfərlə", "Əmək haqqı fondu (illik)", "Orta aylıq əmək haqqı fondu" və "bir işçinin orta aylıq əmək haqqı"sı necə tapılır və zəhmət olmasa izah ilə yazardınız cavabı. Əvvəlcədən təşəkkür.
Orxan Namaz Sarıbəy
Cavab: Bildiririk ki, Vergilər Nazirliyinin 17.07.2012-ci il tarixli 1217040100838000 nömrəli Əmri ilə “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin 3 nömrəli Əlavəsinin forması və onun tərtib edilməsi Qaydaları təsdiq edilmişdir ki, sorğunuzda qeyd edilənlərlə bağlı da həmin Əlavəsinin tərtib edilməsinə aid aşağıdakı nümunəvi misal hazırlanmışdır.
Aylar - İşçi sayı - Əmək haqqı məbləği
Yanvar - 2 – 200.00
Fevral – 2 – 200.00
Mart – 2- 200.00
Aprel -2 – 200.00
May – 2- 200.00
İyun -2 -300.00
İyul – 3- 300.00
Avqust – 3- 300.00
Sentyabr -3- 300.00
Oktyabr – 4-400.00
Noyabr -4 – 400.00
Dekabr – 4- 400.00
Göstəricilərin “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin Əlavə №– 3-də əks etdirilməsi qaydası:
1. Hesabat ilində işçi sayı göstərilmiş ayların sayı в– 12;
2. Hesabat ilində işçilərin il üzrə cəmi sayı (təkrarlanmaqla) в– 33 vahid;
3. Hesabat ili üzrə orta aylıq işçi sayı = 33/12 = 2.75;
4. İllik əmək haqqı fondu = 3300.00 AZN;
5. Hesabat ili üzrə orta aylıq əmək haqqı fondu = 3300.00/12 = 275.00 AZN;
6. Hesabat ili üzrə 1 işçinin orta aylıq əmək haqqı məbləği = 275.00/2.75 = 100.00 AZN.
Qeyd: Bəyannaməyə Əlavə №–3-ün 2-ci bölməsinin B1 sətrində işçilərin orta aylıq sayı yuvarlaqlaşdırılaraq göstərilir.
Mənbə: Vergilər Nazirliyi
0 Komment
Şərh yazın