Əmək qabiliyyətini müvəqqəti itirən işçi işəgötürəni məhkəməyə verə bilər?

Əmək qabiliyyətini müvəqqəti itirən işçi işəgötürəni məhkəməyə verə bilər?

"Doğru cavab" rubrikasından

Sual: - Salam. Şirkətdə ekspeditor iş vaxtı yüngül zədələnib. Həmin vaxt işçinin dilindən izahat alınıb, akt tərtib edilib və işçiyə 20 manat məbləğində yardım edilərək evə yola salınıb. Şirkət 10 gün ərzində işçi ilə əlaqə saxlamaqa çalışsa da, bu, heç bir nəticə verməyib.  Hazırda işçi şirkəti məkhəməyə verməklə hədələyir. Şirkət işçini işdən necə azad edə bilər? İşçi şirkətə qarşı nə iddia qaldıra bilər? Ümumiyyətlə, bu halda şirkət nə etməlidir?

Təranə Xəlilova

Cavab: - İşçi iş vaxtı yüngül zədələnibsə, deməli əmək qabiliyyətini müvəqqəti itirib. Əmək qabiliyyətini müvəqqəti itirən işçi müalicə olunmalı və xəstəlik vərəqəsini təqdim etməlidir. Burada iki hal var: ya işçi istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyəni tam itirib (müvafiq qanunda bunun açılışı var), ya da qeyd etdiyim kimi əmək qabiliyyətini müvəqqəti itirib.
2.0.1. istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta (bundan sonra — icbari sığorta) — istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutan sığorta sinfidir...
Deməli, sizin işçi peşə əmək qabiliyyətini tam itirməyib. O zaman işçi əmək qabiliyyətini müvəqqəti itirib. Belə olan halda işçi sizi yox, lazım gələrsə siz işçini məhkəməyə verə bilərsiniz. Siz rəsmi surətdə onun ünvanına məkltub göndərin ki, işə çıxsın. Telefonla əlaqə yaratmağa çalışın. Əgər cavab verməzsə, aktlaşdırın. Bütün bunlardan sonra işçini əmək funksiyalarına, öhdəliklərə əməl edilməməsi halı kimi işdən azad edə bilərsiniz.

0 Komment

    Şərh yazın

    Xəbərlər