Üzürsüz işə çıxmayan işçini tabel uçotunda necə əks etdirməli?
Sual: - 2012-ci ilin nəşri olan “Əmək münasibətləri: A-dan Z-yə” kitabinin 75-ci səhifəsində tabel uçotunun nümünəvi forması var. Orada işçilərin istirahət günləri, üzürlü səbəbdən işə gəlməməsi və məzuniyyət günlərinin necə qeyd olunması göstərilib. Amma biz bilmək istərdik ki, əgər işçi işə üzürsüz səbəbdən gəlməyibsə və ya xəstə olub, amma heç bir xəstəlik kağızı təqdim etməyibsə, bu halı həmin cədvələ necə qeyd etməliyik?
Raya Ismayilova
Cavab: - Nəzərinizə şatdırım ki, kitabda olan formaların çoxu nümunəvi formalardır və bu barədə qeyd də var. Bəli, bildirdiyiniz kimi, üzürsüz səbəbdən gəlməmək halları ola bilər. Və yaxud xəstədir, amma təşkilatın xabəri yoxdur və sənəd təqdim etməyib. Bu zaman təklif edərdim ki, həmin günlərə “ÜD” (üzürlü deyil) yazılsın.
0 Komment
Şərh yazın