İcbari sığorta haqqı gəlir vergisinə cəlb olunmalıdır?

İcbari sığorta haqqı gəlir vergisinə cəlb olunmalıdır?

Sual: - Hər işçiyə görə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqı sığorta şirkətinə ödənilərkən bu məbləğ  gəlir vergisinə cəlb olunmalıdırmı? 
Vergi Məcəlləsinin 98.2.5 maddəsinə əsasən, işəgötürən tərəfindən ödənilən icbari sığorta haqları fiziki şəxsin muzdlu işlə əlaqədar alınan gəlirinə aid edilməlidirmi?
Pərvana Süleymanova
Cavab: - Bu haqda mən əvvəlki buraxılışlarımızda tam açıqlama verdiyimdən qısaca məlumat vermək iştərdim. Belə ki, Vergi Məcəlləsinin 98-ci maddəsinə baxaq.
Maddə 98. Muzdlu işlə əlaqədar alınan gəlir
98.1. Fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir — əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir.
98.2.5. İşəgötürən tərəfindən ödənilən sığorta haqları;
Maddədə konkret yazılıb ki, işçinin işdən aldığı hər hansı bir fayda muzdlu işdən əldə olunan gəlir sayılır və ondan vergi tutulmalıdır. İşəgötürən tərəfindən ödənilən sığorta haqqı işçinin gəlirinə aid olunmalıdır və vergiyə cəlb olunur. Amma burada bir məsələ var ki, həmin məcburi  və ya könüllü  sığorta işçinin öhdəliyi olsa və bunu işəgötürən ödəsə, onda gəlir kimi nəzərə alına bilər. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta birbaşa işəgötürənin öhdəliyinə aiddir. Burada işəgötürən özünü dolayısı ilə sığortalayır ki, belə bir hadisə olarsa, artıq ödənişləri özü yox, sığorta şirkəti ödəsin. Əvvəllər də belə ödənişləri təşkilatlar özləri ödəyirdi.
 

0 Komment

    Şərh yazın