Məzuniyyət müddətində əmək qabiliyyətini itirən işçinin məzuniyyəti uzadılır?

Məzuniyyət müddətində əmək qabiliyyətini itirən işçinin məzuniyyəti uzadılır?

Sual: - İşçi məzuniyyətdə olduğu dövrdə xəstələnirsə, xəstəlik kağızını gətirdikdən sonra ona pul əvəzi ödənilir. Məzuniyyət müddətində xəstələndiyi günlərə görə işçinin məzuniyyət günləri uzaldılır? Əgər məzuniyyət günləri uzadılırsa, bu halda Əmək Məcəlləsinin hansı maddəsinə istinad edilməlidir? 
 
Ülviyyə 

Cavab: - Bəli, məzuniyyətdə olanda işçi əmək qabiliyyətini müvəqqəti itirərsə, ona müavinət hesablanılır və ödənilir. Amma həmin müddət qədər əmək məzuniyyəti uzadılmır. Əgər məzuniyyət qurtarıbsa, amma əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı davam edirsə, onda işçi sağalandan sonra işə çıxmalıdır.
 

0 Komment

    Şərh yazın