İpoteka krediti zamanı ilkin ödəniş mütləqdir və necə tənzimlənir?
Sual. İlkin ödəniş mütləqdirmi?
Bəli. “Azərbaycan Respublikasının Milli Bankı nəzdində Azərbaycan İpoteka Fondunun vəsaiti hesabına ipoteka kreditlərinin verilməsi Qaydaları”-na əsasən ipoteka kreditinin məbləği kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən daşınmaz əmlakın bazar qiymətinin 80%-dən çox olmamalıdır. Alınan yaşayış sahəsinin qiymətinin 20%-dən az olmayan hissəsi (ilkin ödəniş) (güzəştli kateqoriya üçün 15%) borcalanın şəxsi vəsaiti hesabına ödənilməlidir. Belə ki, borcalan tərəfindən ödənilən ilkin ödənişin məbləği müstəqil qiymətləndirici şirkətlər tərəfindən alınan yaşayış sahəsinin bazar dəyərinin qiymətləndirilməsi nəticəsində müəyyən olunur və satıcıya çatır.
Mənbə: İpoteka Fondu
0 Komment
Şərh yazın