İpoteka krediti zamanı müraciətçinin qeyri-rəsmi gəlirləri nəzərə alınır?

İpoteka krediti zamanı müraciətçinin qeyri-rəsmi gəlirləri nəzərə alınır?

Sual: İpoteka verilməsi zamanı potensial borcalanın qeyri-rəsmi gəlirləri nəzərə alınırmı?

Cavab: Xeyr, ipoteka kreditlərinin verilməsi zamanı potensial borcalanın yalnız rəsmi gəlirləri nəzərə alınır. Bunlara aşağıdakılar aiddir: əsas iş yeri üzrə əmək haqqı, o cümlədən iş yeri üzrə əlavə gəlir; natamam iş günü və əvəzçilik üzrə işdən əldə olunan gəlir; illik mükafatlar; müavinətlər; depozitlər üzrə faizlər; icarə haqqı; işəgötürənin sənədli təsdiqi olduqda gəlir məbləğinin gözlənilən artımı; digər sabit gəlirlər; dövlət tərəfindən verilən subsidiyalar. Bundan başqa, ipoteka kreditləri verilərkən fərdi sahibkarlıqla məşğul olan vətəndaşların illik dövriyyələrinin 20% gəlir kimi hesab olunur.
Mənbə: İpoteka Fondu
 

0 Komment

    Şərh yazın