Lotereya uduşlarından qazandıqları məbləğ gəlir vergisindən azaddır?
Sual: Lotereya uduşlarından qazandıqları məbləğ gəlir vergisindən azaddır?
Cavab: Vergi Məcəlləsinin müvafiq maddəsinə diqqət yetirək:
102.1.13. müvafiq qaydada müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş lotereyalardan, habelə dövlət daxili uduşlu istiqrazlardan əldə olunan uduşların dəyəri.
Maddədən göründüyü kimi, vətəndaşların lotereya uduşlarından qazandıqları məbləğ gəlir vergisindən azaddır.
Çünki vətəndaşlara uduşlar verilən zaman təşkilatda gəlir vergisinin tutulması öhdəliyi yaranmır.
0 Komment
Şərh yazın