Həmkarlar ittifaqına üzvlük haqqında bilməli olduğumuz məlumatlar.....

Həmkarlar ittifaqına üzvlük haqqında bilməli olduğumuz məlumatlar.....

Sual: - Salam. Həmkarlar ittifaqına üzv olmaq könüllüdür, yoxsa məcburi?  Üzvlük haqqı nə qədərdir ?

Cavab: - Bu məsələ ilə bağlı son zamanlar həm mətbuatda  çoxlu məlumatlar verilir, həm də təşkilatlarda buna meylilik artıb. Əlbəttə ki, bu çox yaxşı addımdır. Həmkarlar İttifaqlarının fəaliyyəti «Həmkarlar İttifaqı haqqında» Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir.
Maddə 1. Əsas anlayışlar

Həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin, habelə pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün iş yeri, peşələr, sahələr üzrə və respublika səviyyəsində fərdi üzvlük prinsipi əsasında könüllü birləşdiyi, nizamnamələri və bu Qanun əsasında fəaliyyət göstərən müstəqil ictimai, qeyri-siyasi təşkilatdır.
Maddədən tam aydın olur ki, işçilər hər hansı bir həmkarlar itifaqına könüllülük prinsipi əsasında üzv ola bilərlər. Bunu işəgötürən yox, işçilər etməlidirlər. Üzvlük haqqının məbləği  qanunla müəyyənləşdirilməyib. Mümkündür ki, “A” müəssisəsində həmkarlar təşkilatına üzvlük haqqı 1%, “S” müəssisəsində isə üzvlük haqqı 3% olsun. Qanuna olunan son dəyişiklik isə həmkarlar təşkilatına hesablanılan üzvlük haqqının ödənilməsinin vaxtı ilə bağlıdır. Dəyişikliyə qədər  vergilərin, DSMF-ə ödənişlərin son vaxtı qanunla müəyyənləşdirilmişdi, amma həmkarlara üzvlük haqlarının vaxtı müəyyən edilməmişdi. Son dəyişiklikliyə görə, artıq bu ay hesablanılmış üzvlük haqqı növbəti ayın birinci 4 iş günü müddətində ödənilməlidir.
Sonda bir daha bildirirəm ki, həmkarlara üzv olmaq könüllüdür.

0 Komment

    Şərh yazın