Soyad dəyişəndə əmək müqaviləsinə dəyişiklik edilməlidir?
Sual: Salam, sualım işçinin soyadının dəyişməsi ilə bağlıdır. Əgərr işçi soyadını dəyişərsə, onun əmək müqaviləsində dəyişiklik edilməlidirmi?
Həmçinin, bununla bağlı işəgötürənin əmri olmalıdırmı? Olmalıdırsa əmrin məzmunu
necə olsun?
Vügar Heydərov
Cavab: - Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 43-cü maddəsinə əsasən əmək
müqaviləsi bağlanılanda mütləq tələb olunan şərtlər var və həmin şərtlərdən birincisi işçinin adı, soyadı və atasının adı ilə bağlıdır. Ona görə də soyad və ya ad
dəyişiləndə hökmən bu dəyişiklik rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə əlavə imzalanmalı, yaxud da əmək müqaviləsində belə bir maddə nəzərdə tutulmuşsa və boş yer varsa, birbaşa müqavilənin özündə dəyişiklik olunmalıdır.
Dəyişikliyi tərəflər imzaları ilə təsdiq etməlidirlər. Yaxşı olardı ki, əlavə imzalansın. Kargüzarlıq baxımından
əmr verilsə, yaxşı olar. Belə əmrin nümunəvi formasını “Əmək Münasibətləri A-dan Z-yə” kitabının növbəti
buraxılışına daxil edəcəyik.
0 Komment
Şərh yazın