Xüsusi notariusun dövlət notariusundan fərqlərinin izahı
Sual: Sualımın Sizə nə qədər aidiyyatı olduğunu bilməsəm də, yenə də kömək etsəniz sevinərdim. Vergi Məcəlləsinə notariat xidmətilə bağlı dəyişiklik edilib. Dəyişiklikdən sonra xüsusi notariat xidmətindən vergi tutulması, notariat xidmətinin isə vergiyə cəlb olunmaması nəzərdə tutulur. Bunlar arasındakı fərqi bilmək istərdim, nəyə görə biri azaddır, digəri isə yox? “Google”da axtarış versəm də, sualıma cavab tapa bilmədim.
Günel Həsənova
Cavab: Bəli, Vergi Məcəlləsində xüsusi notariuslarla bağlı dəyişiklik olub. Notariusların fəaliyyəti «Notariat haqqında» qanunla tənzimlənir. Qanunda “Dövlət notariusları” və “Xüsusi notariuslar” anlayışları var. Dövlət notariusları Ədliyyə Nazirliyinə tabedir, onlar fəaliyyətlərindən əldə etdikləri vəsaitləri dövlət büdcəsinə ödəyirlər. Amma xüsusi notarisular lisenziya (şəhadətnamə) aldıqdan sonra sərbəst formada fəaliyyət göstərməlidir. Bu tip notariuslar rüsum kimi əldə olunmuş vəsaitdən vergilər və digər məcburi ödənişləri ödədikdən sonra qalan məbləğə sərbəst sərəncam verə bilərlər.
0 Komment
Şərh yazın