Muzdlu işlə əlaqədar bəyannamədə hansı işçilər göstərməlidir?
Sual: Salam, hörmətli MKS komandası. Əvvəlcə, mühasibatlıq sahəsində verdiyiniz dəyərli məlumat və açıqlamalara görə Sizə öz dərin minnətdarlığımı bildirirəm.
Sizə bir sualla müraciət etmək istəyirəm. Avqust ayında müəssisədə 2 nəfər ayın 6-nə kimi işləyib və işdən çıxıb. Yenidən müəssiyə əlavə olaraq 3 nəfər işçi qəbul edilib. Avqust ayının 1-ə müəssisə üzrə işçi sayı 15 nəfər idi. Zəhmət olmasa deyərdiniz, avqust ayının hesabatlarını (DSMF və ƏDV - MÖMV hesabatlarını) təqdim edəndə neçə nəfər işçi sayı göstərilməlidir.
Yaşar İsmayılov
Cavab: Qeyd etdiyiniz hesabatlarda hesabat dövrünün sonuna olan işçilərin sayı deyil, hesabat dövrü ərzində əməkhaqqı hesabladığınız işçilərin sayı əks olunmalıdır. “İşçilərin hərəkəti haqqında” hesabat statistika orqanına təqdim olunan hesabatların tərkibindədir. Siz avqust ayında hesabatda işçilərin sayını 20 nəfər (15+2+3) qeyd edəcəksiniz. Burada əsas məsələ hesabat ayında neçə nəfər işçinin əməkhaqqı alması və onlardan nə qədər gəlir vergisi tutulmasıdır.
0 Komment
Şərh yazın