
Qeyri-rezidentə ödənilən məbləğdən hansı vergilər tutulmalıdır?
Sual:- İstehsalçı müəssisə məhsulunu dəmir yolu vasitəsilə Rusiyaya və Rusiya ərazisindən keçərək Belarus Respulikasına satır. Yüklərin Azərbaycan sərhəddindən Rusiyanın alıcı məntəqəsinə və Belarusa daşınması xidmətini Rusiyaya məxsus şirkət (qeyri-rezident) yerinə yetirir. Beynəlxalq yükdaşıma xidmətinin dəyəri satıcı tərəfindən şirkətə (qeyri-rezidentə ) ödənilir. Sualımız belədir: Rusiya ərazisində bu ölkəyə məxsus şirkət (qeyri-rezident) tərəfindən yerinə yetirilən beynəlxalq yükdaşıma xidmətinin dəyərinə ƏDV hesablanmalıdırmı?
Qurbanov Əşar
Cavab: - Yaxşı sualdır. Suala keçməmişdən qeyd edim ki, “Monitor Konsaltinq Servis” əlavə dəyər vergisi ilə bağlı kitab çapa hazırlayır. Həmin kitabda ƏDV ilə bağlı bütün suallarınıza cavab tapa biləcəksiniz. Sualınıza gəlincə, aydın olur ki, beynəlxalq nəqliyyat xidmətini qeyri-rezident həyata keçirib, ona ödənilən məbləğdən ödəmə mənbəyində vergi tutulmalıdır. Vergi Məcəlləsinə baxaq:
0 Komment
Şərh yazın