Ev tikmək üçün ipoteka krediti götürmək mümkündür?

Ev tikmək üçün ipoteka krediti götürmək mümkündür?

Sual. Mən ev tikdirmək istəyirəm. Bunun üçün ipoteka krediti götürə bilərəmmi?

Cavab. Xeyr. “Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun vəsaiti hesabına ipoteka kreditlərinin verilməsi Qaydaları”na əsasən ipoteka krediti yaşayış sahəsinin alınması məqsədilə daşınmaz əmlakla təmin olunmaq şərti ilə müvəkkil kredit təşkilatı tərəfindən verilən uzunmüddətli borcdur. Belə ki, ipoteka krediti evin tikintisi üçün deyil, yalnız fərdi yaşayış evi və ya çoxmənzilli yaşayış evində ayrıca mənzilin alınması məqsədilə verilir.
 

1 Komment

  1. İlkin Abdullayev 12 İyul 2020

    Salam menim 3 sot torpağım var onu girov qoyaraq pul götüre bileremmi? Torpağın sotu 20 mindir mend ise 30 min pul lazimdir ki həmin torpagda ev tikim

Şərh yazın

Xəbərlər