Əmək stajı ilə sığorta stajın fərqi nədir?
Sual: - Eyni zamanda 2 müəssisədə işləmişəm. Birinci müəssisədən 2009-cu ildə analıq məzuniyyətinə çıxmışam. Analıq məzuniyyətimin müddəti 2012-ci il aprel ayında başa çatıb. Məzuniyyətdə olduğum müddətdə müəssisə öz fəaliyyətini dayandırıb.
Birinci sualım belədir: bu halda həmin 3 il mənim əmək stajım sayılırmı?
2010-cu ilin avqust ayından başqa bir müəssisədə işləmişəm. Bu haqda əmək kitabçamda heç bir yazılış aparılmasa da, aylıq əməkhaqqımın 25%-i məbləğində Dövlət Sosial Müsafiə Fonduna (DSMF) ödənişlər edilib və B3 hesabatda göstərilib. Zəhmət olmasa deyin: bu vəsait mənə pensiya hesablanarkən nəzərə alınacaqmı və əmək kitabçasında qeydiyyatın aparılmaması hansısa problemlər yarada bilər?
Abdulrzayeva Məhəbbət
Cavab: - Maraqlı suallardır. Nəzərinizə çatdırım ki, əmək stajı və vardır sosial sığorta stajı fərqli anlayışlardır. 2006-cı ildən “Fərdi uçot haqqında” qanun qüvvəyə mindikdən sonra əmək stajı ancaq 2006-cı ilə kimi olan münasibətlərə tətbiq olunur. Sığorta stajı isə artıq 2006-cı ildən sonrakı münasibətlərə aiddir. Sadə şəkildə desək, pensiya təminatı ilə bağlı 2006-cı ilə kimi olan hadisələrdə əmək stajı rol oynayır, 2006-cı ildən sonra isə sığorta stajı əsas götürülür. Odur ki, dediyiniz 3 il əmək stajı kimi nəzərə alına bilər, amma pensiya üçün nəzərə alınmayacaq, onda görə ki, 2006-cı ildən sonra baş verib.Amma digər müəssisədə olan müddət nəzərə alınacaq, ona görə ki, əmək kitabçasında qeydiyyat aparılmasa da, DSMF-də olan məlumatlarda sizin işləməyiniz və sizə görə məcburi sosial sığorta ödəmələrinin edilməsi öz əksini tapıb.
0 Komment
Şərh yazın