Məzuniyyət haqqının hesablanıb, gec ödənilməsinə görə cərimə hesablanır?
Sual: - Əgər mənim məzuniyyət günlərim iki aya düşürsə və hər aya düşən günlərə görə hesablanmış məbləğdən ayrıca vergi tutulursa, həmçinin müəssisənin maddi vəziyyəti ilə əlaqədar mənə məzuniyyət qabağı ödənş edilmirsə, o zaman müəssisənin maddi durumu yaxşılaşan vaxt əvvəlcə qeyd olunan hər ay üçün hesablanmış əmək haqqı ilə məzuniyyət pulu (hər aya düşən hissəsi) birləşdirilib mənə ödənilə bilərmi?
Arif
Cavab: - Qeyd etdiyiniz kimi məzuniyyət haqqı işçiyə məzuniyyətə getməmişdən 3 gün əvvəl hesablanılıb ödənilməlidir. Həmçinin, bildirim ki, İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati cərimə məzuniyyətin verilməməsinə, düzgün hesablanılmamasına, təmin olunmamasına görə tətbiq olunur. Bu o deməkdir ki, məzuniyyət haqqının gec verilməsinə görə cərimə və ya maliyyə sanksiyası nəzərdə tutulmayıb. Düzdür, burada faktiki olaraq işçinin hüquqları pozulur, amma qeyd etdiyiniz kimi maliyyə çətinliyi ilə əlaqədar olaraq sonradan məzuniyyət haqqını, əməkhaqqını birləşdirib vermək mümkündür.
1 Komment
Sveta 08 Sentyabr 2022
Məzuniyyətə senyabrın 1i çıxmışam,özəl sektordur maaş avqustun alacam,məzuniyyət pulun nə vaxt almalıyam
Şərh yazın