Lizinq zamanı sığorta xərcləri necə uçota alınır?

Lizinq zamanı sığorta xərcləri necə uçota alınır?

Sual: - Salam hörmətli əməkdaşlar! Dəfələrlə suallarıma ətraflı cavab verdiyiniz üçün Sizə minnətdaram! Azərbaycan Respublikasında yerləşən iki - A (lizinq alan) və B (lizinq verən) şirkətləri arasında maliyyə lizinqi əsasında daxili lizinq müqaviləsi üzrə 7 illiyinə kənd təsərrüfatı texnika və avadanlıqları lizinqə verilib. Texnika və avadanlıqlar lizinq alanın balansında uçota alınır. Qeyd etmək istərdim ki, B şirkəti texnika və avadanlıqları müqavilə üzrə xarici şirkətdən alıb və həmin müqavilənin dəyəri həmin ölkədə yerləşən xarici bank tərəfindən bütünlükdə ödənilib. Lizinq mqaviləsi kredit müqaviləsi əsasında 7 illik geri qaytarılmaq şərtilə imzalanıb. Nəzərinizə çatdırım ki, xarici bank tərəfindən B şirkətinə verilən kredit məbləği həmin ölkənin sığorta şirkəti tərəfindən sığortalanıb. A şirkəti ilə B şirkəti arasında olan daxili lizinq müqaviləsi üzrə həmin sığorta məbləğinin ödənilməsi A şirkəti tərəfindən 7 illiyinə ödəniləcək. B şirkəti tərəfindən  altı aydan bir tətbiq edilən lizinq ödəmə cədvəlində texnika və avadanlıqların əsas məbləği, lizinq faizləri və sığorta ödənişi göstərilib. Ödənilən əsas məbləğin texnikaların dəyərinə, faizin isə xərclərə aid olduğunu bilərək ödənilən sığorta məbləgini Vergi Məcəlləsinə əsasən gəlirdən çıxılan xərclərə, yəni, müəssisənin xərclərinə aid etmək olarmı?

Orxan Yusifov
Cavab: - Sualınızdan belə aydın olur ki, Sizi lizinq alanda sığorta xərclərinin neçə uçota alnması maraqlandırır. Nəzərinizə çatdırım ki, lizinq verəndə əsas məbləğ və faiz məbləği, həmçinin sığorta üzrə məbləğlər maliyyə lizinqi üzrə debitor borclar kimi uçota alınır. Lizinq alanda isə alınmış avadanlıq əsas vəsait kimi uçota alınır. Faiz xərcləri xərc maddəsi kimi qeydiyyata alınır. Və bundan əlavə, sığorta faktiki olaraq lizinq əməliyyatının sığortasıdır və bu məbləğ də xərcə silinməlidir.

0 Komment

    Şərh yazın