Kassa mədaxil orderlərinin sıralanmasının pozulmasına görə cərimə hesablanır?

Kassa mədaxil orderlərinin sıralanmasının pozulmasına görə cərimə hesablanır?

Sual: - Salam. Kassa mədaxil orderlərindən istifadə edərkən tarix və nömrə ardıcıllığının bir-birinə uyğun gəlməsi vacibdirmi?  Əgər bu uyğunluq müəssisə tərəfindən pozulursa, hansısa cərimələr tətbiq edilə bilərmi? Əgər bu qayda pozuntusu sayılırsa, o zaman müəssisənin ayrı-ayrı obyektlərində kassa mədaxil orderlərindən istifadə ehtiyacını necə qarşılamaq olar?

Vüqar Məmmədov
 
Cavab: Əlbəttə, yaxşı olardı ki, uçotun şəffaf, dəqiq olması və hesabatlılıq baxımından tarixlər və nömrələr ardıcıl olsun. Məsələn, 0001-i bu gun, 0020-ni növbəti gün yazmısınızsa, arada 18 order boş qalır və bu kimi tendensiyalar davam edirsə, sonda blankların uçotu baxımından xaos yaranır və baş mühasib özü də çaşıb qalır. Vergi və digər orqanların yoxlamaları zamanı bu, onlar üçün əhəmiyyətli və şübhələndirici haldır. Amma belə uçotun pozulmasına görə hələ ki, cərimə məbləği nəzərdə tutulmayıb.
Qaldı necə uçot aparmağa, bu çox sadədir. Bir neçə obyektiniz varsa, həmin obyektlərə mədaxil qəbzlərini paylayın, onlar nəğd hesablaşmaları həmin mədaxil qəbzləri ilə aparsınlar və günün sonunda yığılan vəsaiti baş ofisinin xəzinəsinə mədaxil qəbzləri ilə təhvil versinlər. Bu zaman ancaq bir kassa mədaxil orderi yazılır və ardıcıllıq pozulmur.
 

0 Komment

    Şərh yazın