Məzuniyyət hesablaması zamanı hansı hallar riyazı səhv sayılmır?
Məzuniyyət hesablanmasında edilən səhvin cəriməsi haqqında məlumat
Sual: - Əmək məzuniyyəti hesablanarkən yol verilən riyazi səhvlərə görə hansi miqdarda maliyyə sanksiyasi nəzərdə tutulur? Mən məzuniyyət hesablayarkən orta əmək haqqına bayram munasibətilə verilən mükafatı da daxil etmişəm. Beləliklə, məzuniyyət pulunu artıq hesablamışam. Bu, riyazi səhvə aid edilə bilər?
Ülkər
Cavab: - Sizin sualınızdakı ödənişlər Nazirlər Kabinetinin «Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə» 25 avqust 1999-cu il tarixli 137 saylı qərarı ilə müəyyənləşmişdir.
Və həmin qərarda qeyd etdiyiniz bayram günlərində verilən mükafatlar əmək məzuniyyəti zamanı nəzərə alınmayan ödənişlərin siyahısına daxil olunmuşdur. Odur ki, bunu nəzərə almalı deyildiniz. Bu, artıq riyazı səhv sayılmır. Dövlət Əmək Müfəttişliyi Xidməti sizi İnzibati Xətalar Məcəlləsinə əsasən, 700 manatdan 1500 manata kimi cərimə edə bilər.
0 Komment
Şərh yazın