Cərimənin sanksiyadan fərqi nədir?
Sual: -Salam, mən sankiya ilə cərimənin fərqini bilmək istəyirəm. Bu halda müxabirləşmələri yazarkən hansı fərlər yaranır? Niyə cərimə 76-cı, sanksiya isə 68-ci hesaba odənir?
Xaqani
Cavab: Məntiqlə yanaşsaq, sanksiya və cərimə analoji, sinonim sözlərdir. Ancaq cərimə konrket bir məbləği əks etdirir, amma sanksiya tədbiq olunduqda orada həm cərimə məbləğləri, həm hansısa bir hərəkətin yerinə yetirilməsinə məhdudiyyətlər qoyula bilər. Eyni zamanda, ödənişlərlə bağlı sanksiyalar da qoyula bilər.
Sizin dediyiniz müxabirləşmələrə gəlincə, bu artıq Vergi Məcəlləsinə əsasən tənzimlənir. Vergi Məcəlləsində vegi orqanlarına vergilərin ödənilməməsinə, hesabatların vaxtında təqdim olunmamasına görə maliyyə sanksiyaları nəzərdə tutulur. Həmin maliyyə sanksiyaları şəxsi vərəqəyə işlənildiyinə görə artıq bu vergi ödəyicisinin büdcə qarşısında borcu kimi əks olunur. Budcə ilə hesablaşmalar üçün köhnə hesablar planında 68-ci hesab nəzrdə tutulduğuna görə orada əks olunmalıdır. Cərimə isə əsasən şəxslərin bir-biri qarşısında olan öhdəliklərini yerinə yetirən zaman və ya İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq olunur. Bu kimi cərimələr birbaşa büdcə qarşısında olan öhdəliklər sayılmadığından köhnə hesablar planında 76-cı hesabda uçota alına bilər.
0 Komment
Şərh yazın