Əmək şəraiti ağır olan işlərdə əmək haqqı necə tənzimlənməlidir?

Əmək şəraiti ağır olan işlərdə əmək haqqı necə tənzimlənməlidir?

Sual: Əmək şəraiti ağır olan işlərdə əmək haqqına artımlar müəyyən olunmalıdır?
Cavab: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 159-cu maddəsinə əsasən, əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir. Belə artımların (əmsalların) məbləğinin minimum məbləğinin minimum miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Eyni zamanda Əmək Məcəlləsinin müvafiq maddələri ilə müəyyən edilmiş qısaldılmış iş vaxtı şəraitində çalışan işçilərin əmək haqları normal iş vaxtı üçün müəyyən edilən əmək haqları qədər ödənilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 160-cu maddəsinə əsasən, Vaxtamuzd işçi eyni zamanda müxtəlif işlər, vəzifələr, peşələr və ya ixtisas dərəcələri üzrə əmək vəzifələrini yerinə yetirdikdə, habelə müəyyən edilmiş normalardan artıq dəzgaha, maşına, aparata xidmət etdikdə, onun əməyi daha yüksək haqq verilən ixtisas (peşə) dərəcələri, tarif (vəzifə) maaşları üzrə ödənilir və əmək haqqına əlavə müəyyən edilir.

İşəmuzd işçilərin əməyi görülən işin işəmuzd qiymətləri üzrə ödənilir. Təsərrüfat subyektlərinin hər hansı sahəsində işçilərə verilmiş ixtisas (peşə) dərəcələrindən aşağı tarif müəyyən edilmiş işlərin istehsalat xarakterinə görə işəmuzd işçilərə tapşırılarsa, həmin işləri yerinə yetirən işçilərə dərəcələr arasındakı fərq ödənilir. Əgər işçi hasilat normasını yerinə yetirərsə, lakin onun ixtisas dərəcəsi ilə yerinə yetirilən işin dərəcəsi arasında ən azı 2 dərəcə fərq olarsa, ona həmin dərəcələr arasındakı fərq ödənilir.
Bu fərqin məbləği, müxtəlif peşələr (vəzifələr) üzrə işlər yerinə yetirilərkən, habelə əlavə dəzgah və qurğulara xidmətə görə yüksək əmək haqqı məbləğinin müəyyən edilməsi və onun ödənilməsi şərtləri kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir. Kollektiv müqavilənin bağlanmadığı hallarda isə bu, işəgötürənlə həmkarlar ittifaqları təşkilatı tərəfindən müəyyən edilir.

1 Komment

  1. RAMİL 22 Dekabr 2020

    Çox xahiş edirəm, mənə bu sualların cavablarında kömək edəsiniz. 1. Xüsusi şəraitə görə tətbiq edilən əmək haqqı əmsalı hansı dövlət orqanı tərəfindən təsdiq edilir? A) SOCAR tərəfindən B) Müəssisə rəhbərliyi tərəfindən C) Həmkarlar təşkilatı ərəfindən D) Müvafiq icra orqanı tərəfindən E) Müvafiq icra hakimiyyəti orqanı və müəssisə tərəfindən Testin çətinlik dərəcəsi: çətin İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi. 2. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən Azərbaycan Respublikasının əmək qanunvericiliyi sistemi aşağıdakı hansı aktlardan ibarətdir? A) Əmək, sosial-iqtisadi məsələlərlə əlaqədar Azərbaycan Respublikasının Milli Məclisinin qəbul etdiyi qərarlardan, Əmək məcəlləsindən, Azərbaycan Respublikasının müvafiq qanunlarından B) Əmək, sosial-iqtisadi məsələlərlə əlaqədar Azərbaycan Respublikasının bağladığı beynəlxalq müqavilələrdən, Əmək məcəlləsindən, Müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyəti çərçivəsində qəbul etdiyi normativ xarakterli aktlardan C) Sosial-iqtisadi məsələlərlə əlaqədar Azərbaycan Respublikasının bağladığı beynəlxalq müqavilələrdən, Əmək məcəlləsindən, Azərbaycan Respublikasının müvafiq qanunlarından D) Əmək, sosial-iqtisadi məsələlərlə əlaqədar Azərbaycan Respublikasının Milli Məclisinin qəbul etdiyi qərarlardan, Əmək məcəlləsindən, Müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyəti çərçivəsində qəbul etdiyi normativ xarakterli aktlardan E) Əmək məcəlləsindən, Müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyəti çərçivəsində qəbul etdiyi normativ xarakterli aktlardan, Azərbaycan Respublikasının müvafiq qanunlarından Testin çətinlik dərəcəsi: orta İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi 3. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işçinin peşəkarlıq səviyyəsini kim müəyyən edir? A) İşəgötürən B) Müəssisənin həmkarlar təşkilatı C) Müvafiq icra hakimiyyəti orqanı D) Attestasiya komissiyası E) İşçinin xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi Testin çətinlik dərəcəsi: orta İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi 4. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) hansı subyekt tərəfindən müəyyən edilir? A) İşəgötürən B) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi C) Həmkarlar təşkilatları D) Müvafiq icra hakimiyyəti orqanları E) Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Testin çətinlik dərəcəsi: çətin İstinad: Azərbaycan Respublikası Əmək Məcəlləsi

Şərh yazın

Xəbərlər