Əmək Məcəlləsinə dəyişikliyin kimlər üçün fərqi yoxdur?
Sual: Azərbaycan Respublikasının Əmək Məcəlləsi hansı şəxslərə şamil edilmir?
Cavab: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 6-cı maddəsinə əsasən hərbi qulluqçulara, məhkəmə hakimlərinə, Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarına və bələdiyyələrə seçilmiş şəxslərə, xarici ölkənin hüquqi şəxsi ilə həmin ölkədə əmək müqaviləsi bağlayıb əmək funksiyasını Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisədə (filialda, nümayəndəlikdə) yerinə yetirən əcnəbilərə, podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə şamil edilmir.
0 Komment
Şərh yazın