Kimlərlə əmək müqaviləsi bağlanarkən sınaq müddətinin müəyyən edilməsi qanun pozuntusudur?

Kimlərlə əmək müqaviləsi bağlanarkən sınaq müddətinin müəyyən edilməsi qanun pozuntusudur?

Sual: Kimlər üçün əmək müqaviləsi bağlanarkən sınaq müddəti müəyyən edilmir?

Cavab: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 52-ci maddəsinə əsasən, yaşı 18-dən az olan şəxslərlə, müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlarla, hamilə və 3 yaşına çatmamış uşağı olan qadınlarla, habelə 3 yaşınadək uşağını təkbaşına böyüdən kişilərlə sınaq müddəti bağlanılmır. Həmçinin təhsil müəssisəsini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürənlərlə, ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərə, iki ay müddətinədək əmək müqaviləsi bağlanılmış şəxslərə, tərəflərin razılığı ilə müəyyən edilən digər hallarda sınaq müddəti müəyyən edilmir.
 

0 Komment

    Şərh yazın