Yeni doğulan uşağın valideynlərindən heç biri işləmirsə birdəfəlik müavinəti necə almaq olur?
Uşağın doğulmasına görə verilən 82,50 manatlıq müavinəti hansı orqanlar ödəyir?
Sual: Yeni doğulan uşağın valideynlərindən heç biri işləmirsə, həmin uşağa görə birdəfəlik müavinət hansı orqan tərəfindən ödənilir?
Cavab: "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"nin 74-cü maddəsinə əsasən işləyən valideynə müavinət onun iş yeri üzrə uçotda olduğu Dövlət Sosial Müdafiə Fondu orqanı tərəfindən, əgər hər hansı bir səbəbdən uşağın valideynləri işləmirlərsə, müavinət yaşayış yeri üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzləri vasitəsilə ödənilir. Uşaq doğuşuna görə müavinət, müraciət edildikdə verilir və müraciət müddəti məhdudlaşdırılmır.
0 Komment
Şərh yazın