DƏMX-in yoxlamaları zamanı İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsinin iştirakı necə təmin olunmalıdır?
DƏMX cavablandırır
Sual. Dövlət Əmək Müfəttişliyinin nümayəndələri yoxlama aparılacağı ilə bağlı təşkilatımıza məlumat veriblər. Öyrənmək istərdim ki, yoxlamaya başlanması üçün İqtisadi İnkişaf Nazirliyinin (İİN) nümayəndələrinin iştirakı haqqında hər hansı sənəd təqdim edilməsi nəzərdə tutulurmu? Ümümiyyətlə, İİN nümayəndələrinin Dövlət Əmək Müfəttişliyinin nümayəndələrinin yoxlamasında iştirakı hansı şəkildə olmalıdır? Onlar sadəcə müşahidəçi qismində çıxış etməlidirlər?
Cavab. “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2002-ci il tarixli 790 nömrəli Fərmanının 6-cı bəndinə əsasən, müəyyən edilmiş qaydalara uyğun olaraq dövlət orqanları tərəfindən (vergi orqanları istisna olmaqla) sahibkarlıq subyektlərində həyata keçirilən yoxlamalarda İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsinin iştirakı təmin edilməlidir.
Nazirliyin nümayəndəsi sahibkarlıq subyektlərində həyata keçirilən yoxlamada dövlət orqanlarının nümayəndəsinin qarşısına qoyulmuş tapşırıqdan və müəyyən edilmiş müddətdən kənara çıxmamasını müşahidə etməklə yoxlamanın qanunvericiliyə uyğun qaydada aparılmasında iştirak edir.
0 Komment
Şərh yazın