Başqa ölkəyə ödənilən icarə haqqından ödəmə mənbəyində vergi tutulmalıdır?
Doğru cavab rubrikasından
Sual: Hörmətli "MK" jurnalının komandası! Xahiş edirəm mənim sualımı cavablandırasınız. Müəssisəmiz Gürcüstanda nabar icarəyə götürüb. Aylıq icarə haqqını Gürcüstana ödəyirik. Həmin məbləğdən ödəmə mənbəyində vergi tutulmalıdırmı? Xidmət Gürcüstanda göstərildiyindən bu gəlir Azərbaycan mənbəyindən formalaşan gəlir hesab edilirmi?
Hörmətlə, Emil Əsədov
Cavab: Sualınız vergi orqanları və vergi ödəyicilər arasında anlaşılmazlıq yaradan bir məsələdir. Əvvəlcə gəlin, Vergi Məcəlləsinin 125-ci maddəsinə nəzər yetirək.
125.1.5. rezident müəssisəsinin və ya sahibkarın aşağıdakı ödəmələrindən:
• muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər, o cümlədən bu Məcəllənin 13.2.16.2-ci, 13.2.16.10-cu (Azərbaycan Respublikasında saxlanılan və ya istifadə edilən əmlak üçün alınan royalti şəklində gəlir istisna olmaqla), 13.2.16.12-ci (Azərbaycan Respublikasındakı daşınmaz əmlakın icarəyə verilməsindən əldə edilən gəlir istisna olmaqla) və 13.2.16.14-cü maddələrində göstərilən xidmətlərdən alınan gəlir və Azərbaycan mənbəyindən əldə edilən digər gəlirlər — 10 faiz;
Maddəyə nəzər yetirsək, belə çıxır ki, ancaq 10% Azərbaycan mənbəyindən əldə olunan gəlirlərə aid olunur. Bu halda Gürcüstana ödədiyiniz icarə haqqı Vergi Məcəlləsinin 13-cü maddəsində əsasən, Azərbaycan mənbəyindən formalaşan gəlir sayılmır və ondan 10% vergi tutulmamalıdır.
Ancaq qərar verməyə tələsməyin. Gəlin, indi də Məcəllənin 125.1.5-ci maddəsinin birinci əsas hissəsinə diqqət yetirək. Əvvəlcə deyim ki, 125-ci maddədə qeyri-rezidentə ödənilmiş gəlirlərdən söhbət gedir. 125.1.5-ci maddədə yazılır: «muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər, o cümlədən……». Yəni qeyri-rezidentin muzdlu işə aid olmayan istənilən işlərə və xidmətlərə görə əldə etdiyi gəlirlərə 10% tədbiq olunacaq. Maddənin “o cümlədən” hissəsinə azərbaycan mənbəyindən əldə olunan gəlirlər də aiddir. Belə ki, Azərbaycan mənbəyindən əldə olunan gəlirlər həmin 10% tutulmanın bir hissəsidir. Ona görə də məsləhət bilərldim ki, Gürcüstana ödədiyiniz icarə haqqından 10% tutulma həyata keçirəsiniz.
0 Komment
Şərh yazın