Nizamnamə kapitalı əmlak formasında artırılanda sənədləşmə necə olur?
Doğru cavab rubrikasından
Sual: Təşkilatın təsisçisi nizamnamə kapitalına şəxsi əmlakı olan minik avtomobilini və 650 manatlıq “notebooku” qoymaq istəyir. Qeyd edim ki, minik avtomobilinin qiymətini təsdiq edən sənəd yoxdur. “Notebook” isə 2007-ci ilin yayında alınıb. Həmin əsas vəsaitlər nizamnamə kapitalına hansı qiymətlərlə qoyulmalıdır və bunun üçün hansı sənədləşmələr aparılmalıdır?
Səbuhi İsayev
Cavab: Nəzərinizə çatdırım ki, nizamnamə kapitalında olan hər hansı bir dəyişiklik təsisçilərin qərarı ilə olmalıdır və qiymətləndirmə üçün kanardan mütəxəssis də çağıra bilərsiniz. Və yaxud, təsisçilər müqavilə formasında (razılaşma) özləri qiymət qoya bilərlər. Əlbəttə ki, bu qiymətləndirmə reallığa uyğun olmalıdır. Amma əmlak formasında nizamnamə kapitalı formalaşanda qeydiyyatı həyata keçirən orqanlar sizdən auditor rəyini tələb edəcəklər. Auditor rəyində göstərilməlidir ki, həqiqətən də nizamnamə kapitalının artırılmasının dəyəri, əmlakın dəyərinə uyğundur.
Sualınıza cavab olaraq deyə bilərəm ki, qeydiyyat orqanları üçün “noutbukun” və ya maşının qiymətini təsdiq edən sənəd vacib deyil, onlar sizdən auditor rəyini istəyəcəklər. Ancaq bu sənədlər rəyi verən auditor üçün lazım ola bilər. Əlbəttə ki, bu hər bir auditorun işə peşəkar yanaşmasından asılıdır.
0 Komment
Şərh yazın