Cari mənfəət vergisi ödəmələri: metod və müxabirləşmələr

Cari mənfəət vergisi ödəmələri: metod və müxabirləşmələr

Sual: - Salam. Zəhmət olmasa, cari mənfəət vergisi ödəmələri və hesablanması barədə yazardınız və onların hesablanmasını təzə və köhnə hesablarla müxabirləşdirərdiniz. Ümumiyyətlə, cari vergi ödəmələrinin seçimi zamanı hansı üsula üstünlük verirsiniz?

Cavab: - Suala qısaca cavab vermək üçün Vergi Məcəlləsinin 151-ci maddəsinə nəzər yetirməlyik. Cari vergi ödəmələri bu maddə ilə tənzimlənir.
151.1. Hüquqi şəxslər və fərdi sahibkarlar rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq cari ödəmələri dövlət büdcəsinə ödəməlidirlər. Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlar mənfəət vergisini yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödəyirlər. Hər ödəmənin məbləği əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin 1/4 hissəsini təşkil edir.
151.2. Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini bu rübdəki gəlirinin həcmini onun keçən ilin ümumi gəlirində (gəlirdən çıxılan məbləğlər nəzərə alınmadan) verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirə bilər.
Maddədən aydın olur ki, fəaliyyət göstərən müəssisələr cari vergini iki formada ödəməlidirlər. Birinci halda keçən ilin mənfəət vergisi 4-ə bölünur və rüb–rüb ödənilir. İkinci halda isə hər rübün dövriyyəsinin keçən ilin dövriyyəsinə nisbəti (faizlə) tapılır və həmin faiz vurulur keçən ilin mənfəət vergisinə. Bu da həmin rübün cari vergisi olur və bu cari vergi ödənilməldir. Qaldı hansı metodun yaxşı olmasına, bu artıq fərdi münasibət məsələsidir. Mən özüm istifadə etdiyim variant Sizə deyə bilərəm. Tutaq ki, müəssisənin normal fəaliyyəti var və ilbəil dövriyyəsi artır. Onda mən 151.1-də olan metodu seçirəm. Yox, əgər müəssisə dayanıqlı işləmirsə və tam əmin deyiliksə ki, cari ildə keçən ildəki kimi gəlir olacaq və ya mənfəət yaranacaq, bu zamanı mən 151.2-də olan metodu seçirəm.
İndi müxabirləşmələri nəzərinizə çatdırım. Tutaq ki, təşkilatın cari vergi hesablaması və ödənilməsi 10.000 manat olub.
 
DT  KT  Məbləğ  Əməliyyatın məzmunu

81  68.4  10.000   Cari mənfəət vergisi hesablanılıb.
68.4  51  10.000   Cari vergi ödənilib.

Yeni hesablar planında

DT  KT  Məbləğ  Əməliyyatın məzmunu

901  521  10.000   Cari mənfəət vergisi hesablanılıb.

521  223  10.000   Cari vergi ödənilib.

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər