Əmanətçi həm 1991-ci ildə, həm də 1992-ci ildə əmanət qoyarsa, hesablanma necə olmalıdır (Misal)

Əmanətçi həm 1991-ci ildə, həm də 1992-ci ildə əmanət qoyarsa, hesablanma necə olmalıdır (Misal)

Sual: Mən, Qurbanov Vəlinin 1991-ci il 15 dekabr tarixinə 25500 rubl (51 qəpik) və 1992-ci il 12 mart tarixinə 35500 rubl (71 qəpik) məbləğində pul qalığım vardır. Bu qalığa hansı məbləğdə fərdi birdəfəlik ödəmə veriləcəkdir?

Cavab: Sizin şəxsi əmanət hesabında olan pul qalığınızın 25 500 rublu (0,51 yeni Azərbaycan manatı və ya 51 qəpik) Fərmanın şamil edildiyi tarixdən əvvəl, 35 500 rublu (0,71 yeni Azərbaycan  manatı və ya 71 qəpik) isə ondan sonrakı tarixdə qoyulmuşdur. Bu halda fərdi birdəfəlik ödəmə yalnız 25 500 rubl (51qəpik) məbləğinə veriləcəkdir və aşağıdakı qaydada hesablanacaqdır:
-1000 manat (10 000 rubladək (0,20 AZN) hesablanan məbləğ və ya 20 qəpik)  + 0,31 manat (əmanət qalığının 10 000 rubldan (0,20 AZN-dən artıq olan hissəsi) ×25manat =1775 manat.
Bununla yanaşı, 0,51  AZN və ya 51 qəpik məbləğində qalıq da götürülməlidir.
Beləliklə, əmanətçiyə  onun arzusu ilə  nağd qaydada və ya onun digər bank hesabına  1775 manat  51 qəpik vəsait ödənilir.
Mənbə: Maliyyə Nazirliyi


 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər